Əsas Səhifə > Manşet / Ölkə > Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır
Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanırBu gün, 11:31 |
|
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Zar kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi üzrə 01.04.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZƏRSUTƏCHİZATTİKİNTİ” Açıq Səhmdar Cəmiyyəti seçilib və tərəflər arasında 7.076.879 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portlında 26.08.2026-cı ildə dərc edilib. Qeyd edək ki, bu “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi ilə “Azərsutəchizattikinti” ASC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Sözügedən dövlət qurumu 10.07.2026-cı ildə Tuğ kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi üzrə də “Azərsutəchizattikinti” ASC ilə 3.600.000 manat dəyərində müqavilə bağlayıb. “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi “Azərsutəchizattikinti” ASC ilə 2025-ci ildə də iki müqavilə bağlayıb. Cəbrayıl şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin LS sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində TSTQT üzrə 9.022.071,07 manat dəyərində 02.12.2025-ci ildə. Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə 21.608.477 manat dəyərində 06.11.2025- ci ildə. Görünüdüyü kimi Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti son 10 ayda “Azərsutəchizattikinti” ASC ilə ümumi dəyəri 41 307 427 manat olan 4 satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, “Azərsutəchizattikinti” Açıq Səhmdar Cəmiyyəti keçmiş millət vəkili Mirzəcan Xəlilova məxsusdur. O, 1978–1997-ci illərdə çalışdığı «Azərkəndsutəchizattikinti» İstehsalat Birliyini sonradan özəlləşdirdikdən sonra Sabirabad rayonunda «Sutəchizattikinti» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, 2003–2015-ci illərdə «Azərsutəchizattikinti» ASC İdarə Heyətinin sədri olmuşdur. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “Azərsutəchizattikinti” (VÖEN- 6800028931) Açıq Səhmdar Cəmiyyətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsində 15.08.2003-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 24 442 manat olan ASC-nin hüquqi ünvanı SABİRABAD RAYONU, ŞƏHRİYAR, ev.35, qanuni təmsilçisi isə Xəlilov Mirzəcan Mirzəmməd oğludur. Qeyd edək ki, keçmiş millət vəkili Mirzəcan Xəlilova məxsus “Azərsutəchizattikinti” ASC daha əvvəllər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişləri əsasında Ramana qəsəbəsi, Göygöl şəhəri, Abşeron rayonu, Qaradağ rayonu ərazisində yeni yaşayış məhəlləsinin tikintisi, su təchizatı, kanalizasiya tikintisini həyata keçirib. Bundan əlavə “Azərsu” ASC 15.11.2021-ci ildə Azərbaycan Respublikasının dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində “Şirvan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması üzrə “Azərsutəchizattikinti” ASC ilə 19.180.466,98 manat dəyərində müqavilə bağlayıb. Müqavilənin icra müddəti 30.12.2026-cı ilə qədərdir. Dövlət Su Ehtiyatları Agentliyinin rəsmi portalında 13 iyul 2025-ci ildə yerləşdirilmiş https://isst.gov.az/news/sirvanda-ehalinin-su-techizati-bele-heyata-kecirilir məlumatda isə bildirilir ki, Şirvan şəhər əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı istiqamətində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsi tərəfindən şəhərdə bir sıra işlər icra olunub. Şirvan şəhər Sukanal İdarəsinin rəisi Fərhad Hüseynov cari ildə görülmüş işlər barədə məlumat verərək bildirib ki, şəhərdə əhalinin su ilə təminatı üçün Şirvan şəhər Sukanal İdarəsi tərtib olunmuş plan əsasında öz işlərini davam etdirir. Göründüyü kimi, Şirvan şəhər Sukanal İdarəsinin rəisi Şirvan şəhər Sukanal İdarəsi tərtib olunmuş plan əsasında öz işlərini davam etdirdiyini bildirir. Belə olan halda “Azərsutəchizattikinti” ASC ilə 19 milyon manat dəyərində müqavilə nə üçün bağlanılıb? Qeyd edək ki, “Azərsutəchizattikinti” ASC-nin respublikanın ayrı-ayrı bölgələrindən milyonlarla manat dəyərində tender udmasının arxasında təbbii ki bir çox izli mətləblər durur. Bu “Azərsutəchizattikinti” ASC-nin fəaliyyətindən daha çox, sahibinin şəxsi əlaqələri ilə bağlıdır. Mirzəcan Xəlilov keçmiş millət vəkili olub, ona qədər də Şirvan zonasında kifayət qədər tanınmış bir iş adamı olub. Bütün bunlar da “Azərsutəchizattikinti” ASC-nin milyonlarla manat dəyəri olan tenderlər udmasında əsas rol oynayıb. Ayrılan milyonlarların müqabilində görülən işlər araşdırılarsa çox qaranlıq məsələlərin üstü açıla bilər, Zaur Mikayılovun sözügedən milyonları Mirzəcan Xəlilova ancaq su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə yox, həm də bölüşdürülməyə hesablandığı ortaya çıxar. Qeyd edək ki, Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətin direktoru Məmmədov Samir Teymur oğludur. O, Zaur Mİkayılov yeni vəzifəyə gəldikdən sonra, 2022-ci ilin yanvar ayında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində yaradılmış “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-nin direktoru olub. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun kadrıdır, ən yaxın adamlarından biri hesab edilir. Aktualinfo.net Geri qayıt |