Əsas Səhifə > Manşet / Cəmiyyət > Qarabağ Qazisi ACINACAQLI DURUMDA...

Qarabağ Qazisi ACINACAQLI DURUMDA...


Bu gün, 11:19

Ağcabədi rayonunun Sarvanlar kənd sakini Şiraslan Süleymanov bildirir ki, İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. "DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, döyüşlər zamanı aldığı kəllə-beyin travması nəticəsində dəfələrlə Maştağadakı Psixiatriya Mərkəzində müalicə alıb və hazırda da müalicəsi davam edir.

Lakin buna baxmayaraq, bu günədək ona əlillik təyin olunmadığını deyir. Şikayətçi qeyd edir ki, müharibədən əvvəl Bakıda fəhlə işləyərək ailəsinin dolanışığını təmin edib. Müharibədə aldığı ağır travmadan sonra isə səhhəti imkan vermədiyi üçün işləmək qabiliyyətini itirib. Onun sözlərinə görə, hazırda heç bir işə qəbul edilmir və ailəsinin maddi vəziyyəti çox ağırdır. Şiraslan Süleymanov səhhətinin getdikcə pisləşdiyini, buna baxmayaraq indiyədək əlillik təyinatı ala bilməmədiyini qeyd edir.

Şikayətçinin sözlərinə görə, ailəsinin yaşayış şəraiti də olduqca ağırdır. Beş nəfərdən ibarət ailə qəzalı vəziyyətdə olan, bir otaqlı daxmada yaşayır. O, xeyirxah insanların dəstəyi ilə yeni ev tikintisinə başladığını, lakin maddi imkanlarının kifayət etməməsi səbəbindən tikintini yarımçıq saxlamaq məcburiyyətində qaldığını deyir. Şiraslan Süleymanov son ümidinin xalqımızın və imkanlı insanların dəstəyi olduğunu bildirir.

O, KİV vasitəsilə aidiyyəti dövlət qurumlarına, xeyriyyəçilərə və imkanlı şəxslərə müraciət edərək ailəsinin təhlükəsiz və normal şəraitdə yaşaması üçün yarımçıq qalmış evinin tikintisinin tamamlanmasına maddi dəstək göstərilməsini xahiş edir.

Qazimizlə bu nömrədən əlaqə saxlamaq olar: 051 3171727


Geri qayıt