Əsas Səhifə > Manşet / Ölkə > Dünyasını dəyişən SOCAR işçisi ilə bağlı ŞOK FAKT
Dünyasını dəyişən SOCAR işçisi ilə bağlı ŞOK FAKTBu gün, 10:11 |
|
Dünən məlumat verərək bildirdik ki, SOCAR "Kompleks qazma işləri" trestinin işçisi Kərimov Kərim Yadulla oğlu qəfil dünyasını dəyişib. "DİA-AZ" xəbər verir ki, həmkarları onun 24.08.2026-ci il tarixində vəfat etdiyini deyirlər.
Rövşən isgəndərov adlı iş yoldaşı onun haqqında belə yazır: "Qazma trestində işlədiyi müddətdə öz peşəkarlığı, səmimiyyəti və gözəl insani keyfiyyətləri ilə hər zaman hər birimizin rəğbətini qazanmışdı. Onun itkisi bizim üçün böyük və ağır dərddir..
Allah rəhmət eləsin..."
Bu gün isə "DİA-AZ"a ilginc bir iddianın yer aldığı məlumat daxil olub və iddia olunur ki, mərhumun ölümü onun işdə keçirdiyi, daha doğrusu, ona rəhbərlik tərəfindən işdə yaradılan stresli mühitlə birbaşa əlaqəlidir.
Bu barədə əldə etdiyimiz bilgini olduğu kimi təqdim edirik:
"Dünyasın dəyişmiş Kərimov Kərim Yadulla oğlu çox stres, əsəb keçirirdi son zamanlar. Axırıncı dəfə də "Kompleks qazma işləri" trestində iclas olmuşdu. Baş mühəndisin və müdirin 1-ci müavini Qabil Rzayevin, həmçinin insan resursları departamentinin rəisi Ömər Balacayevin təşəbbüsü ilə yerdəyişmə ərizələrini yazmadıqlarına görə iclas keçirmişdilər....
Orda da bərk əsəbləşmişdi. Haqqını tələb etdiyinə görə sözünü demişdi onlara.... Ömər Balacayevin yerdəyişmə ərizələrinin yazmayanlara da bildiriş verəcəyini deməsi səbəbindən mərhum əsəb və stres keçirmişdi. Ancaq fikir edirdi.... Hər zaman da deyirdi ki, neynəyim... necə edim... yazım yerdəyişmə ərizəsini, ya yox?
İşlədiyi 3 saylı briqadadan - dənizdən quruya yəni... Fikir... fikir... axırıda bu dünyadan əbədi köçdü.
Heyif gözəl insan idi.... Allah oların bəlasını versin... Binəva işçiləri fikrə-dərdə salan insafsız rəhbərlərin bəlasını versin Allah... Onların hamısı məsuliyyətə cəlb olunmalı, cəzalanmalıdırlar..."
Geri qayıt |