Əsas Səhifə > Manşet / Ölkə > Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr...
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr...Bu gün, 11:52 |
|
İyulun 8-də Adil Əliyevin Suraxanı rayonuna icra başçısı təyin edilməsinin iki ili tamam oldu. Anaxeber.info.az yazır ki, bu 2 il müddətində Suraxanı rayonunda köklü şəkildə heç nə dəyişməyib və problemlər olduğu kimi qalıb. Yerli sakinlərin, sosial şəbəkələrdə şikayətini yazanların, mətbuatın yaydığı videoların əsasında belə qənaətə gəlmək olar ki, Suraxanı Adil Əliyevin rəhbərliyi dövründən əvvəl necə idisə, elə bu gün də eyni vəziyyətdədir. Hətta ən kiçik problemlər belə həllini tapmayıb. Xüsusən də Yeni Günəşli, eləcə də Köhnə Günəşli, həmçinin, Qaraçuxur və Yeni Suraxanı ərazilərində sakinlər üçün hər hansı bir abadlıq işi görülməyib. Məsələn, Yeni Günəşlidə yaşayanlar deyirlər ki, yollar dağınıq, asfalt vurulmur, dəfələrlə şikayət olunsa da heç bir tədbir görülməyib. İcra başçısı Adil Əliyevə olan müraciətlər də nəticəsiz qalıb. Hər gün işə gedib-gələn icra başçısı Yeni Günəşlinin yollarından xəbərsizdirmi? Öz xidməti avtomobili bu yolların bərbad vəziyyətdə olduğunu nasaz olanda görmürmü? Necə ola bilər ki, 2 il ərzində bir dəfə bu yollara bir maşın asfalt tökülməyib. Konkret olaraq şir heykəli olan ərazidən axıra qədər yollar çala-çuxurdur. Həmçinin, digər küçələr də o vəziyyətdədir. Ən dəhşətlisi odur ki, işıqlanma yoxdur. Gecələr göz gözü görmür və istənilən an qəza riski, piyada vurulması təhlükəsi yaşanır. Necə olur ki, Bakının digər rayonlarında pis-yaxşı yollar düzəldilib, işıqlanma var, amma Adil Əliyevin rəhbəri olduğu rayon zülmətə qərq olub, küçələri bərbad gündədir?! Geri qayıt |