Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderiBu gün, 17:29 |
|
Cavabsız sorğular və postmodernistlərin klassik təklifləri. Azərbaycan təhsil sistemində indiki qədər məsuliyyətsiz dövr olmayıb. Avqustun 12-də nazir Emin Əmrullayevin qaynı Nihad Hənifəyevin tenderlər yolu ilə dövlət büdcəsini talamasına dair (sənədlərlə) məqalə dərc etdik.Ardınca nə baş verdi? Onlarla vəzifəli şəxs telefonuma zəng edərək məni “yola gətirməyə” çalışdılar. Mən onlardan soruşdum ki, yazdıqlarım doğrudur, yoxsa yalan? Təbii ki, səhv yazmadığımı bildirdilər. Onlara dedim, bir daha deyirəm, mənim nə E.Əmrullayevə, nə də Nazirliyə qarşı bir qərəzim var, ola da bilməz. Amma dünənə qədər nə iş gördüyü bilinməyən N.Hənifəyevin tenderlər yolu ilə büdcəni talamasına necə göz yummaq olar!? Təbii ki, onun bütün bunları Nazirin himayəçiliyi altında etməsi heç bir şübhə doğurmur. Mən E.Əmrullayevin karyera yoluna da qərəzsiz və fərqli yanaşıram. Məsələn, E.Əmrullayev 2010-cu ildə Təhsil Nazirliyinin qarşısında “Təhsildə rüşvətə son” aksiyasının əsas iştirakçılarından biri idi. Maraqlı tərcümeyi-hala sahibdir, ölkədə belə nümunələr çox azdır, bir dövlət qurumunu rüşvətdə ittiham et, cəmi 3 il sonra həmin qurumda sektor müdiri ol, daha sonra da nazir postuna qədər yüksəl. Müəllim, həkim, müstəntiq, alim özü işini gördüyü kimi mən də jurnalist kimi öz işimlə məşğulam. Əslində mediaya saymazyana münasibət, hamını “müqavilə” və pulla ələ almaq üsulu həyata keçirdikləri qanunsuzluqların təsdiqidir. Göndərilən sorğulara da cavab verməmək Nazirlik haqqında yazılan məqalələrdə qurumun mövqeyinin əks olunmaması ilə nəticələnir. Nə edək indi? Ya biz qeyri-peşəkarıq, ya da sizin dünya-aləm vecinizə deyil. Sonuncu sorğu avqustun 17-də gğndərilib, amma hələ də sorğuda göstərilən suallara cavab yoxdur. Biz əvvəlki araşdırmada nə yazmışdıq? Yazmışdıq ki… Nazirin qohumları və dostları STEAM avadanlıqlarının satın alınması ilə bağlı çoxpilləli bir mexanizm formalaşdırıb və dövlət büdcəsini amansızcasına talamaqla məşğuldular. Bu gün həmin mexanizmi qısa şəkildə xatırladıb N.Hənifəyevin daha bir çoxmilyonluq tenderi ilə bağlı suallar ünvanlayacam. Mexanizm belə qurulub:avadanlıqlar xaricdən idxal olunur və həmin məhsullar ilk əldən, əvvəlcə nazir Emin Əmrullayevin qaynı Nihad Hənifəyevin rəhbərlik etdiyi “İSTEAM” MMC tərəfindən nisbətən aşağı qiymətə alınır (xarici təchizatçıların tək alıcısıdır). Nazirin qaynı daha sonra həmin məhsullar üzərinə əlavə məbləğ qoyaraq, “VİVA GROUP” MMC-yə satır. “VİVA GROUP” da qiymətin üzərinə öz marjasını əlavə edir. Nəticədə avadanlıqlar dövlət büdcəsi hesabına Elm və Təhsil Nazirliyinə daha yüksək qiymətə satılır. Yəni, eyni məhsul bir neçə mərhələdən keçdikcə bahalaşır və sonuncu mərhələdə onun haqqını dövlət büdcəsi ödəyir. Sadə dildə ifadə etsək, ilk əldən 5 manata alınan məhsul nəticədə dövlətə 50 manata başa gəlir. Əvvəlcə məktəb və mərkəzlərin ehtiyacı müəyyən edilərək ona uyğun məhsul seçilib, yoxsa əvvəlcədən mövcud olan məhsul çeşidi əsasında tələbat formalaşdırılıb? Qayıdaq redaksiyamıza daxil olan əsas mövzuya… 353229 nömrəli satınalmada təhlil etdiyimiz 28 STEAM mövqeyi üzrə avadanlıqların miqdarı 1 ədəddən 283 dəstədək dəyişir. Bəli, bu fərq təkbaşına pozuntu demək deyil. Çünki müxtəlif avadanlıqların müxtəlif proqramlar və müəssisələr üçün nəzərdə tutulması mümkündür. Lakin əsas sual budur: 21 STEAM Mərkəzi və yüzlərlə məktəbi əhatə edən sistemdə bu miqdarlar hansı əsasla müəyyənləşdirilib? Şəffaflığını təhlil etdiyimiz tenderin hüquqi və reputasiya baxımından həssas olduğunu nəzərə alaraq, faktlar üzərində dəqiq dayanacağıq. 1) Nihad Hənifəyevin “İSTEAM MMC”-də hüquqi və ya faktiki rolu varmı? Samir FEYRUZOV Geri qayıt |