|
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Gill Med” QSC (VÖEN – 5000825521) ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb. Müqavilənin şərtlərinə görə, Dövlət Xidməti “Gill Med” QSC-dən hərbi geyim forması və ləvazimatlar alacaq və qarşılığında 626 min 961 manat 14 qəpik ödəyəcək. Qeyd edək ki, nizamnamə kapitalı 2002 manat 50 qəpik olan “Gill Med” QSC-nin hüquqi ünvanı “Nərimanov rayonu, ev 3C, m304”də yerləşir. QSC-nin qanuni təmsilçisi Məmmədov Rüstəm Xudu oğludur.
Geri qayıt
|