|
"Narazılığa səbəb olan təzad gömrük sistemindəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur. Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Demək, xaricdən bağlama gətirirsən, telefon, əşya və ya dəyərli bir mal. Kifayət qədər resurs xərclənib elektron xidmət yaradılıb ki, insanlar normal rahat bəyannamə etsin. Ancaq, bir saat əziyyət çəkib, dəfələrlə and-amanla doğru məlumat təqdim etmək üçün tər tökərək bəyannamə yaradırsan və məlum olur ki, bunu çap edibsərhədi keçəndə gömrük əməkdaşına təsdiqlətməlisən.
Əgər gömrük əməkdaşı təsdiqləyəcəksə, niyə belə elektron xidmət var və mənası nədir, elə həmin gömrük əməkdaşı 3-4 dəqiqəyə bəyannaməni yarada da bilir (elektrondan əlavə belə də xidmət var). Hər şeyi niyə bu qədər çətinləşdirmək lazımdır axı, sistem qurulub, normal işləyir ancaq yenə hansısa əməkdaşa yaxınlaşıb nəyisə təsdiq etməlisən. Daha bu elektron sistemin nə mənası qalır..."
Geri qayıt
|