Əsas Səhifə > Manşet / Sosial > Abunəçiləri rəsmən ələ salırlar...

Abunəçiləri rəsmən ələ salırlar...


Bu gün, 06:56

"3 gün bundan öncə qazın artıq yazması haqda paylaşım etmişdim. Və..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Həsənova Səbinə adlı istifadəçi yazaraq gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: " "Azəriqaz"ın "whatsapp" nömrəsi ilə də əlaqə saxlayıb problemi bildirəndə demişdilər ki, nəyi yandırmısınızsa odur... Ən sonda da məsləhət verdilər ki "bütün qaz cihazlarını söndürün, yarım saat ərzində sayğacda göstəricilərdə dəyişiklik baş verərsə, bizə xəbər edin"... Dedikləri kimi etdim. Qazı söndürəndə sayğacı çəkdim, yarım saat sonra yenə çəkdim...

Göstəricilər dəyişmişdi, baxmayaraq ki qaz yanmırdı heç yerdə... Bu göstəriciləri göndərdim onlara... Hər cür rola girdilər, başqa məlumatlara keçdilər... Deyirəm, niyə işləyir də bu sayğac qaz yanmırsa?

"10 dəqiqəlik videosunu çəkin atın" dedilər... Yəni bir sözlə, serial..."

Narazı vətəndaş fotodəlilləri də təqdim edib...



Geri qayıt