Əsas Səhifə > Manşet / Siyasət > Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?..
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?..Bu gün, 12:27 |
|
Keçən günlərdə Kompleks Qazma İşləri Trestinin rəhbərliyinin özbaşınalığı ilə bağlı işçilər adından edilən müraciəti təqdim etmişdik və bildirmişdik ki, sözgüedən qurumun insan resursları departamentinin rəisi Ömər Balacayev də bu gün BALACA PADŞAH hesab etdiyindən əsl oliqarx həyatı yaşçayır və təbii ki, Kompleks Qazma İşləri Trestinin hesabına... burada cərəyan edən qara-qura işlərin sayəsində... "DİA-AZ"a bu barədə yazan işçilərdən biri iddia edir ki, Ömər Balacey hazırda İtaliyada dincəlir...
Şəxsən mən özüm 3 uşaq atası olaraq yalnız uşaqlarımın yemək və geyimini təmin etmək üçün çalışıram. Yənialdığım maaş ancaq buna yetir və zar-zorla... Mənim fikirdən ay yarımdan çoxdur ki səhhətimdə problemlər yaranıb bu haramzadələrin əlindən. "Ekonom"-"ekonom" deyə-deyə bağırırlar... Amma onlara aid deyil bu "ekonom" adlı bəhanə... QƏNAƏT REJİMİ...
Geri qayıt |