Əsas Səhifə > Manşet / Cəmiyyət > Sayğacı dəyişdilər... indi İKİQAT BORC YAZIR...

Sayğacı dəyişdilər... indi İKİQAT BORC YAZIR...


Bu gün, 10:13

"Şikayətim "Azəriqaz"dandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə Həsənova Səbinə adlı sosial şəbəkə istifadəçisi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə yazır:
"Əvvəla onu deyim ki, evdə ola-ola gəlib qapını döymədən, bizi çağırmadan köhnə sayğacı aparıb təzəni qoyublar. Bu sayğac qoyulandan ikiqat artıq qaz yazılır bizə borc.
Şikayət etmişəm... WhatsApp üzərindən deyir ki, işlətdiyiniz qazdır. Biz demək olar ki, evdə olmuruq, olanda da qazdan çox istifadə etmirik.
Əlavə də edim ki, hələ köhnə sayğac olanda axırıncı dəfə borcu ödəyəndə balansımda artıq pul da var idi.
WhatsApp nömrəsində olan əməkdaş mənə yol göstərir ki, qazı evdə bağla, sayğacı yoxla gör yazacaq, ya yox. Bu nə problemdisə, təzə sayğacla əlaqəlidi, əks halda bu qədər borc mənə gəlməzdi və gəlmirdi də..."

Geri qayıt