Əsas Səhifə > Manşet / Ölkə > İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR

İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR


Bu gün, 08:39

"SOCAR-ın rəhbərliyinə müraciət edirəm: iki ildən artıq davam edən, çoxlu sayda insanı işsız qoyan ixtisarları (ixtisar, "təşkilati sağlamlaşdırma, məcburi ərizə yazdırma və s) dayandırın!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
NHMT sədri daha sonra özünün ultimativ xarakterli müraciətində belə davam edir: "SOCAR Azərkimya İB -də ixtisarlar davam edir !? May ayında imtahana cəlb etdiyiniz işçini (yüksək bal toplamış) indi məcburi işdənçıxma ərizəsi yazdırmağa cəhd edirsiniz! Hansısa məxfi meyarlarla (açıqlanmayan) ???!!! Niyə? Səbəb nədir?"

Yəni aydın olanı odur ki, SOCAR rəhbərliyi imtahan bəhanəsi ilə çıxara bilmədiyi işçisini hədə yolu ilə qovmağı qəsd edib...


Geri qayıt