Əsas Səhifə > Manşet / Güney Press / Üçüncü sektor > Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?..
Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?..Bu gün, 13:14 |
|
Bakı şəhəri, Sabunçu rayonunda 2-ci Zabrat Maştağa yolu, döngə 2,ev 10A ünvanında yaşayan Məmmədov Aliq Fikrət oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fərid Əhmədova, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlanıb. Bir surəti də Aktualinfo.net-ə daxil olan şikayət məktubunda deyilir: Çox hörmətli cənab Prezident İlham Əliyev! Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən, 96 nömrəli tam orta məktəbin binasında yerləşən Q. Primiv 2 nömrəli uşaq musiqi məktəbin (Ağdam 2 nömrəli) direktoru Məmmədov Elşad Aydın oğlu məni aldadaraq oğlum Məmmədov Mən əvvəlcədən Xəqani vasitəsi ilə tanıdığım Seyidəhmədov Vüqar Mirzəbaba oğluna dedim. Elşad müəllim 4500 manat təşkilatçı üçün, 4000 manat qardirobçu üçün istəyir. Hərəsinə 2000 əvvəl qalıq pul işə əmrdən sonra. Vüqar axşam mənə zəng vuraraq təşkilatçı işinə həyat yoldaşını və qardirobçu işinə dostu Davudun bacısını düzəltmək istəyiblər. Elşadın istədiyi ilk ödənişi Xəqani ilə mənə verdilər bizdə, birlikdə Elşada verdik. 2024-cü ilin aprelin 30-da Elşad “whatsApp”-la mənə əmr göndərib və pulların qalığını istədi. Sonra onları məktəbə dəvət etdi, iş otağında müqavilə bağladı. Qalıq pulu yenə Xəqani və mən Elşada verdik. Sonra Vüqarı çağırıb 3 nəfəri işə götürmək üçün 13.500 manat alıb. 2026-cı ilin yanvarında Sabunçu rayon Məhkəməsinin hakim Vüsal Qurbanovun sədrliyi ilə məhkəmə iclası başlanmışdır. Hakim Vüsal Qurbanova bildirdim ki, biz Məhkəmə istintaqına inanırıq və obyektivlik gözləyirik. 051 376 59 71 nömrəli telefondan zəng edilərək “hamıya işlərinizin düzəlib, yaxın günlərdə hamınızın şəxsi hesabınıza əmr gələcək” deyib və yalan əmrləri “whatsApp” larına göndərilib. Dəfələrlə tələb etməyimizə baxmayaraq həmin nömrəli telefonun sahibi istintaqa və məhkəməyə dəvət olunmayıb. Aktualinfo.net P.S. Q. Primiv 2 nömrəli Ağdam uşaq musiqi məktəbin direktoru olmuş Məmmədov Elşad Aydın oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, onlarla insanı aldadaraq işə düzəltmək adı altında pul alması barədə daha ətraflı məlumatları növbəti araşdırmalarda oxucuların diqqətinə çatdıracıq. Geri qayıt |