Əsas Səhifə > Manşet / Gündəm > Təhsil adı altında SOYĞUN...

Təhsil adı altında SOYĞUN...


Bu gün, 08:09

Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadənin həbs edilməsi xəbərindən sonra bu təhsil şəbəkəsinin fırıldağı ilə üz-üzə qalan onlarla vətəndaş dilə gələrək başlarına açılan oyunlardan danışmağa başlayıblar.

"DİA-AZ" qeyd edir ki, adı “AİD Group”la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox məhduddur. O, ali təhsili olmadığı halda proqramlaşdırma üzrə AyTİ (IT) mütəxəssisidir. Bunu 10 il ərzində öz üzərində çalışaraq öyrəndiyini bildirib.

S.Yəhyazadə 2008-ci ildən ABŞ-də yaşayır. “Azeroo” şirkətinin rəhbəri olub.

Samir Yəhyazadə xaricdə təhsil sahəsində fəaliyyət göstərən “AİD Group” şirkətinin rəhbəri və tanınmış aparıcı Nigar Fərhadın əri daha çox ABŞ-nin Nyu-York şəhərində yaşayan peşəkar IT mütəxəssisi və proqramçı kimi tanınır. Lakin Azərbaycandakı “AİD Group” xaricdə təhsil şirkətinin rəhbərliyində təmsil olunub.

Şirkətin fəaliyyəti ilə bağlı vətəndaşlardan gələn çoxsaylı şikayətlər və dələduzluq iddialarından sonra hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“AİD Group”un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib, onlarla bağlı araşdırma davam edir. Aparıcının ölkədən getməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddiaların isə həqiqəti əks etdirmir.

Şirkətin təsisçisi Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb.

Biz isə "DİA-AZ" olaraq bu fırıldaq şəbəkəsi ilə bağlı növbəti vətəndaş gileyini təqdim edirik... 

Beləliklə, Əbdülhəmid Xəlilov adlı sosial şəbəkə istifadəçisi öz postunda belə yazır:

"Mən "AİD Group"dan - Nigar Fərhadın qondarma şirkətindən şikayətçiyəm. "Harvard Nigar" adı ilə tanınan bu şəxs bütün müştərilərinin pullarını götürüb şirkətini bağlayıb, yoxa çıxıb. Hamıya atıb, bir sözlə.

Həddindən artıq çox sayda zərərçəkmiş var... böyük məbləğlərdir. Məndə 4250 manat, eləsi var 5 min... 10 min... 15 min verib...

Yüzlərlə belə şikayətçi var. Burda onun şəriki olan anası Arzu, əri Samir... hamsı bu çirkin əməllərə şərikdirlər..."


Geri qayıt