Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > "Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..."

"Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..."


Bu gün, 15:37

"Sizə məlum edirik ki, Sizin dəfələrlə Azərbaycan Dövlət Aqrar Universitetində olaraq qayğı ilə yaratdıqlarınız maddi-texniki baza və işlək canlı laboratoriyalar tamamilə məhv olub gedir. Hansı ki, Qafqazda aqrar sahə üzrə nümunəvi təhsil ocağı olan, 100-ə yaxın yaşı olan, aqrar sahədə görkəmli mütəxəssislər və korifeylər yetişdirən bu qocaman təhsil ocağından əsər-əlamət qalmayıbdır..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup müəllimi adından ölkə rəhbərliyinə ünvanlanmış müraciətində yer alıb.

Müraciətdə daha sonra deyilir: "Bunlarla yanaşı Sizə vacib məsələləri fakt kimi bildirmək istəyirik. Bu Universitetə aqrar sahədən bixəbər heç neft sahəsini də bilməyən və bir dəfə də normal dərs deməyən, kiminsə qohumu kimi çalışan rektor Zəfər Qurbanov və onun prorektoru olan, ixtisasca o da aqrar sahədən bixəbər olub, qardaşının pul yığanı kimi vaxtilə çalışan Əhməd Məlikov Azərbaycan Dövlət Aqrar Universitetinin başına istədikləri bəlanı açırlar. Əvvəla məlumunuz olsun ki, Zəfər Qurbanov Universitetdə qiyabi rektor kimi çalışır. Universitetdə olan məsələləri məsafədən idarə edir. Adətən Gəncəyə həftədə 2-ci gün gəlib, 4 və 5-ci gün günortaya kimi olur. Bəzən də həftələrlə işdə olmur. Bütün məsələləri prorektor Əhməd Məlikova həvalə edib.

Universitetdə bir çox işlərin üzəri ört-basdır olsun deyə bəzi şöbə və laboratoriyalar bağlanmışdır. Zəfər Qurbanovun Sizin imzaladığınız Dövlət proqramları haqqında Fərman və Qanunlardan belə xəbəri yoxdur. Bu günə kimi onlara da heç bir münasibət bildirməyib. Gəldiyi gündən canlı laboratoriya kimi Vivariumu bağladı, iqtisadiyyat fakültəsində bir fakültəni bağladı, fermada olan heyvanları satıb dağıtdı, hovuzda olan ağbalıqları şəxsi maraqları üçün satdı, baytalıq elmi üçün vacib olan anatomiya muzeyindəki maketləri, skletləri məhv etdi. Fakültə və kafedraları dağıtdı. İqtisadiyyat fakültəsində kafedraları süni olaraq bağladı. Fakültəmizdə bəzi professor-müəllimin adı var, özü yoxdur. Saxtakarlıq baş alıb gedir. Əvvəlcə Şəlalə Zeynalova adlı bir dekan gətirdi. O sözünə baxmayıb Əhməd Məlikovun şəxsi bazarına qarışdığı üçün onu il yarımdan sonra ərizəsini alıb vəzifədən uzaqlaşdırdı. Ora Əhməd Məlikov özünün katibəsi olan elmi adı, dərəcəsi və baytarlıq təhsili olmayan Rüstəmova Ayişəni müavin gətirdi və bütün maliyyə məsələlərini ona həvalə etdi. Universitetdə bütün kollektiv Ayişə Rüstəmovaya "Əhmədin pulyığanı" deyirlər. Şəlalə Zeynalova gedəndən sonra fakültəyə dekanlığı professor Mirzə Əlievə həvalə etdi. Bir müddətdən sonra Mirzə Əliyev fakültədə nizam-intizam yaradaraq korrupsiyanın kökünü kəsmək istədi. Lakin əvvəlcə Əhməd Məlikov və sonra Zəfər Qurbanov Mirzə Əliyevə müəyyən işlərə qarışmamağını tapşırdı. Lakin razılaşmayan Mirzə Əliyev 3 aydan sonra kənarlaşdırıldı. Ona görə ki, istehsalat təcrübəsi keçməli olan Əczaçılıq fakültəsinin Türkiyə vətəndaşları olan tələbələrdən təcrübə şöbəsinin rəhbəri ilə birlikdə 2000-2500 manat pul almışdılar. Hansı ki, həmin tələbələr pulu verib özləri Türkiyəyə getmişdilər. Bunu interpol vasitəsilədə yoxlamaq olar. Mirzə Əliyev bunu qəbul etmədi və özü də bu məsuliyyətdən uzaqlaşdı. Bir faktı da bildirmək istəyirik ki, rektor sanki şəxsi müəssisəsi kimi hər bir məsələni Əhməd Məlikova həvalə edib. Yəni nə mütəxəssis, nə kafedra, nə də ixtisas sahibləri nəzərə alınmır. Harda pullu məsələlər var, məsələn praktikanın gündəliyinə baxsanız ixtisasçı olmayan Əhməd Məlikov vəzifəsindən istifadə edərək sədr, müavin də ixtisasçı olmayan, Azərbaycan Texnologiya Universitetinin məzunu, təcrübə şöbəsinin müdiri Gülnaz Əsgərovadır. Dekanlığı professor Mirzə Əlievdən sonra dosent Dursun Adıgözəlovaya həvalə etdilər. Sonra da hərraca çıxarıb dekan seçmək üçün adam axtardılar. Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..."


DAVAMI VAR...


Geri qayıt