Əsas Səhifə > Manşet / Ölkə > TƏXRİBAT: Azərbaycan Müdafiə Nazirliyinin ərzaqlarına İranda ƏL QOYULDU
TƏXRİBAT: Azərbaycan Müdafiə Nazirliyinin ərzaqlarına İranda ƏL QOYULDUBu gün, 10:51 |
|
Bakıdan Naxçıvandakı hərbi hissələrə ərzaq yükü daşıyan 2 mindən çox maşının İran tərəfdə saxlanıldığı bildirilir. 20 gündən artıqdır gözlədilən maşınlardakı tonlarla ərzağın artıq xarab olduğu deyilir.
"DİA-AZ" xəbər verir ki, sürücülərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, onlar Culfa gömrüyünün İrana aid hissəsində, səhralıq ərazidə gözləməyə məcbur edilirlər.
Türkiyə maşınlarının da eyni vəziyyətlə üzləşdiyi bildirilir.
Sürücülərdən B. Ağayev deyir ki, İran tərəfi bunu qəsdən etdiyini gizlətmir:
“Bizi burada əsir kimi saxlayıblar. Açıq deyirlər ki, Azərbaycan İsrailə kömək edib deyə, biz də Naxçıvanı ərzaqsız qoyuruq. Deyirlər ki, indi gedin, İsrail sizə kömək etsin. 2 mindən artıq maşındır. Soxublar bura, səhralığa, adını da qoyublar ki, guya parkdır. Hələ utanmırlar da, 2 manatdan park pulu alırlar. Nə tualeti var, nə yeməkxanası, nə də hamamı. Deyirlər ki, kefimiz nə vaxt istəsə, o zaman da buraxacağıq. Xeyli ərzaq xarab olub.
Öz maşınları Naxçıvana rahat gedib-gələ bilirlər. Bizim tərəf də onları saxlasa, bu tərəfin ağlı başına gələr. Bizimkilər niyə sakit qalıb, anlaya bilmirik. Bir-iki dəfə İran rəsmiləri ilə danışığa gəliblər, nəticəsi olmayıb. Mən 15 gündür buradayam. Qazancımız reys başına 500–600 manatdır, onu da burada xərcləyib qurtarmışıq. Sonu necə olacaq, onu da bilmirik”.
Digər sürücü S. Hacıyev isə 17 gündür gözlədiyini, maşındakı şəkər tozunun istidən əridiyini deyir:
“Yemək, su tapa bilmirik. İmkanı olan gedib oteldə qalır. Orada da od bahasınadır. Bizim tərəf də Naxçıvana yalnız maşınla buraxır deyə, yükü burada qoyub bir neçə günlük evə də gedə bilmirik.
Artıq ərzaqlar xarab olmağa başlayıb. Mənim maşınımdakı şəkər tozu istidən əriməyə başlayıb. Digər maşınlardakı ərzaqlar da xarab olmağa başlayıb. İran tərəfi açıq-aşkar qərəzlik edir. Yüklərin çoxunun hərbiyə getdiyini nəzərə alsaq, məqsədləri bəlli olar”.
Geri qayıt |