Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR...
Daha bir icra başçısı HƏBS OLUNA BİLƏR...Bu gün, 11:42 |
|
Binəqədi Rayon İcra Hakimiyyətinin Azərbaycan Ordusunun zabiti, 44 Günlük Vətən müharibəsi və Aprel döyüşləri iştirakçısı polkovnik-leytenant Bəhruz Alışovun əmlakını dağıtması ilə bağlı xəbər vermişdik. Uzun müddətdir ki, icra başçısı tərəfindən əmlakına qəsd edilən zabitimiz haqqını tələb etsə də, heç bir nəticə əldə edə bilmir. Dünən Baş Prokuror Kamran Əliyev Bəhruz Alışovu şəxsən qəbul edib. Bu barədə Gununsesi.info-ya danışan Bəhruz Alışov deyib ki, Baş Prokuror onunla görüşdə məsələdən xəbərdar olduğunu deyib: “Ancaq buna baxmayaraq, hər şeyi öz dilimdən eşitmək istədiyini dedi. Kamran Əliyev məni diqqətlə dinlədi. Bildirdi ki, prosesi şəxsi nəzarətinə götürür. Mən də ona təşəkkür edirəm və nəticəni gözləyirəm. İnanıram ki, icra hakimiyyətinin bu qanunsuzluğuna qarşı hüquqi ölçü götürüləcək. Mənim pozulan hüquqlarım bərpa olunmaqla yanaşı, bu işə göstəriş verənlər, icra edənlər cinayət məsuliyyətinə cəlb olunacaq”. Binəqədinin icra başçısı Elxan Allahverdiyevin bu özbaşınalığının ölkədə böyük rezonansa səbəb olması və bu səbəblə Baş Prokuror Kamran Əliyevin zərərçəkən şəxsən dinləməsi vətəndaşın mülkiyyət hüququna edilən qəsdin araşdırılacağına inam yaradır. Son illər dövlət başçısının icra başçılarına və başqa məmurlara güzəştsiz münasibəti imkan verəcək ki, Elxan Allahverdiyev həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda risklərə həsr edən bir ordu zabitinə qarşı etdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunsun. Geri qayıt |