Əsas Səhifə > Manşet / Gündəm > "Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır?
"Şəxsi məlumatlarım şirkətin nəyinə lazımdır?Bu gün, 11:25 |
|
"Başıma gələn hadisəni sizinlə bölüşmək istəyirəm. "SIREN TRADING LLC"-də müsahibədə olarkən qeyri-qanuni hərəkətlərlə qarşılaşdım..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sorna başına gələnləri belə nəql edir: "HR departamentinin əməkdaşı Minə xanım mənə şəxsi məlumatlarımı əks etdirən anket formasını təqdim etdi. Bu blankda ailə üzvlərimin əlaqə nömrələri, şəxsiyyət vəsiqələrinin FİN kodu və yaşayış ünvanı kimi məlumatlar tələb edilirdi ki, bu da İnzibati Xətalar Məcəlləsinin 375-ci maddəsinə uyğun qanun pozuntusudur. Həmin blankı geri istədiyim halda, Minə xanım bunu verməkdən imtina etdi və mühafizəçiyə əmr etdi ki, məni bayıra çıxarsınlar. Bu səbəbdən, 102 qaynar xəttinə müraciət etdim və polis əməkdaşları Minə xanımı polis bölməsinə dəvət etdilər. "Yaxın müddət ərzində şirkət rəhbərliyi mənimlə əlaqəyə keçməsə, mən məsələni inzibati qaydada, hüquq müstəvisində məhkəmə yolu ilə həll edəcəyəm. "Minə xanım müsahibə əsasında bildirdi ki, bu bizim şirkətin daxili prosedur qaydasıdır və şirkət rəhbərliyinin tələbidir."
"Mən bir şeyi anlamıram. Müsahibə zamanı mənim yoldaşımın, uşağımın, anamın, atamın şəxsiyyət vəsiqəsinin FİN kodu, ünvanı və şəxsi məlumatları şirkətin nəyinə lazım?. Sonda mənim şəxsi məlumatlarım olan anket hüquq-mühafizə orqanları tərəfindən onlardan alınaraq mənə təqdim edildi. Qaldı yalnız şirkətin rəhbərliyinin və HR departamentinin üzr istəməyi. "Şirkət rəhbərliyi əlaqəyə keçməsə, onun şirkətin əməkdaşının qanunsuz hərəkətləri barədə səs yazıları və digər materiallar paylaşılacaq."
Geri qayıt |