Əsas Səhifə > Manşet / Gündəm > "Belə biabırçı vəziyyət ilə davam edə bilmərəm..."
"Belə biabırçı vəziyyət ilə davam edə bilmərəm..."Bu gün, 08:01 |
"ABB-nin 15 POS ödənişi “möcüzəsi” ilə bağlı son məlumatlar əcaibdir... Məsələni daha da dəqiqləşdirmək üçün bu gün Kapital Bank / #Birbank debet kartı ilə bağlı ayrıca məlumat aldım." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Nicat Əliyev adlı istifadəçi yazır.Narazı vətəndaş daha sonra bildirir: "Onlarda belə gündəlik 15 POS əməliyyatı limiti yoxdur.
Yəni məsələ hansısa bütün banklara tətbiq olunan ümumi məhdudiyyət deyil kimi görünür. Mən də məhz buna görə əvvəlcə düşündüm ki, bəlkə Mərkəzi Bank tərəfindən bütün banklara belə tələb qoyulub.
Amma yox.
Nəticədə söhbət ABB-nin öz kart sistemində tətbiq etdiyi məhdudiyyətdən gedir.
Ən absurd tərəfi isə budur ki, ABB kartında məbləğ üzrə kifayət qədər limitim olduğu halda, 15-ci POS əməliyyatından sonra 16-cı əməliyyat rədd edilir.
Üstəlik, dünən 16-cı əməliyyatım BakıBus-da rədd edildiyi üçün hazırda həmin kartla BakıBus və metroda belə ödəniş edə bilmirəm.
"Call Center" isə hər dəfə belə deyir:
“Limitinizi keçmisiniz, ABB Mobile-dan məbləğ limitini artırın.”
Halbuki problem məbləğ limiti deyil, əməliyyat sayıdır.
Açığı, mən belə bir qərarı başa düşə bilmirəm.
Müştəri öz pulundan istifadə edərək gün ərzində 16, 20, 30 dəfə POS terminalda niyə ödəniş edə bilməməlidir?
Əgər təhlükəsizlik məqsədi daşıyırsa, müştəriyə bunu açıq şəkildə bildirin. Əgər belə bir məhdudiyyət varsa, mobil tətbiqdə və kart şərtlərində şəffaf şəkildə göstərilsin.
Mənim üçün məsələ artıq prinsip məsələsinə çevrilib.
Gündəlik ödənişlərimi artıq Birbank debet kartına keçirirəm. Belə biabırçı vəziyyət ilə davam edə bilmərəm.
Çünki bank kartından istifadə edərkən hər gün “görəsən bu gün 15-ci ödənişdə kartım yenə bloklanacaq?” düşünmək normal müştəri təcrübəsi deyil.
Yaxşı ki, üzərimdə alternativ kart olur həmişə. Yoxsa pis vəziyyətdə qalarıq.
ABB-yə sual edirəm: bu qərarın arxasında hansı məntiq dayanır?
Bu limit barədə tədbir görülməlidir.
Ya bank tətbiqi ilə idarə edilməlidir.
Ya müştəri müraciət edib artıra bilməlidir..
Ya da by default biraz yüksək limit olmalıdır: 50-100 arası..."
Geri qayıt |