Əsas Səhifə > Manşet / Siyasət > "Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..."

"Sərvətinin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb..."


Bu gün, 10:42

"Çox sayda insan yazır ki, Cavid Qurbanov çox insana maddi kömək edib, çox iş görüb.
Şərt deyil ki, hər kəs münasibət bildirsin..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında əslən Kəlbəcər rayonundan olan tanınmış şair Səxavət Kəlbəcərli qeyd edib.

O daha sonra müraciətini belə davam edir: "Münasibət bildirən insanlara isə bir sualım var: kişi kimi, vicdanla cavab versinlər.

Qurbanovun o sərvəti haradandır? Deyin, bəlkə mən bilmirəm. Bəlkə gənc vaxtı Ağdabanda qızıl küpləri tapıb, indi də onları xərcləyir.

Siz deyə bilmirsiniz, mən deyirəm: əgər qanunsuz mənimsəmə varsa, həmin sərvət sənin də, mənim də haqqımdır. Uşaq pulu ala bilməyən minlərlə uşağın haqqıdır.

Qazandığı sərvətin bircə faizini Kəlbəcərlilərə verib troll komandası yaradıb. Bunu bilənlər bilir.

Əgər bu sərvət qanunsuz yollarla əldə edilibsə, onun xaricdə biznes şəbəkələri qurmağa xərclənməsi də ciddi suallar doğurur.

Davamlı şəkildə yazırsınız ki, Qurbanov çoxlarına maddi dəstək olub, çox işlər görüb. Axırda cinayət işi açılsa, “Bu sərvəti haradan qazanmısınız?” sualı veriləcək.

Nə isə, trolluq edənlər düzgün yolda deyil. Mənim sualım sadədir: bu sərvətin mənbəyi haradandır?"


Geri qayıt