Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu...

Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu...


Bu gün, 12:45

Naxçıvanda 45 min manatlıq “gözyumma” rüsumu istənilib. "DİA-AZ" xəbər verir ki, bu iddianı tanınmış jurnalist Heydər Oğuz səsləndirib.
Jurnalist bu barədə özünün sosial şəbəkə hesabında xəbər paylaşaraq qeyd edir:
"Naxçıvandan aldığım məlumata görə, şəhərin mərkəzində - Heydər Əliyev prospektindəki binaların birində 1-ci mərtəbənin fasad hissəsindən qapı açmaq istəyən Emin adlı şəxsdən nə az, nə çox 45 min manat “gözyumma rüsumu" istəyiblər. Ona bildiriblər ki, Naxçıvanın yeni “dərəbəyi”nin gözü sən bildiyin ucuz gözlərdən deyil. Hər yumulub açılanda gərək 45 min manat qazana..."

Geri qayıt