Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > "Zəngəzur Su" vətəndaşları zəhərləyir?

"Zəngəzur Su" vətəndaşları zəhərləyir?


Bu gün, 12:35

“Zəngəzur Su” şirkətindən ciddi narazılıqlar var. Bununla bağlı vətəndaş Lalə Abdullayeva şikayət ünvanlayıb.

Manset.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, ailəsi 3 ildən artıqdır ki, şirkətin məhsulundan istifadə edir və bu müddət ərzində hər hansı problemlə qarşılaşmayıblar. Lakin 4 gün əvvəl sifariş etdikləri sudan istifadə etdikdən sonra vəziyyət dəyişib.

Belə ki, iddiaya görə, sudan içən bir neçə nəfərdə mədə-bağırsaq problemi yaranıb və zəhərlənmə halları baş verib.

Vətəndaş bildirir ki, məsələ ilə bağlı şirkətə məlumat verilib. Şirkət tərəfindən suyun əvəzində yeni məhsul göndəriləcəyi deyilsə də, artıq iki gündür bununla bağlı heç bir addım atılmayıb.

Şikayətçinin sözlərinə görə, şirkətlə yenidən əlaqə saxladıqda isə ona “gedin başqa şirkətdən alın, bizim sularda turşuluq çoxdur” - deyilib.

“Zəhərli, köhnə suları camaata satıb camaatı xəstə salırlar”, – deyə şikayətçi bildirib.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, “Zəngəzur Su” ilə əlaqə qurmaq mümkün olmadı. Şirkətin əlaqə nömrələrinə zəng çatmadı.


Geri qayıt