Əsas Səhifə > Manşet / Ölkə > Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir?
Yenidən kağız attestata keçdik: MÜTDA məlumatı niyə gizlədir?Bu gün, 11:22 |
|
Azərbaycanda elektron attestatların apostilləşdirilməsi ilə bağlı ciddi problem yaranıb. Xitab24.az-ın əldə eydiyi məlumata görə, sistemin elektronlaşdırılmasında xaricdə təhsil almaq istəyən abituriyentlər nəzərə alınmayıb. Bu səbəbdən də həmin abituriyentlər çətinliklə üzləşiblər. Əldə etdiyimiz məlumata görə, yaranan problemlə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məktəblərə tapşırıq verib və xaricdə təhsil üçün müraciət edən şəxslərə məktəb rəhbərliyi tərəfindən kağız attestat verilməsi tapşırılıb. Məlumata əsasən, dünənədək xaricdə təhsil üçün müraciət edənlərə kağız attestatlar təqdim edilib. Maraqlıdır ki, belə mühüm məsələ ilə bağlı verilən tapşırıq və təlimat əvvəlcədən ictimaiyyətə açıqlanmayıb. Nəticədə bəzi vətəndaşlar “ASAN xidmət”ə müraciət edərək elektron attestata apostil vurulmadığını deyirlər. Qeyd edək ki, “ASAN xidmət” apostil verən yox, dövlət xidmətlərini vahid məkanda təqdim edən qurumdur. Apostillə bağlı məsələlər isə aidiyyəti üzrə Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə daxildir. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi sorğu ünvanlanıb. Qeyd edək ki, apostil 1961-ci il Haaqa Konvensiyasına əsasən, bir ölkədə verilmiş rəsmi sənədin digər ölkədə tanınmasını təmin edən xüsusi təsdiqetmə nişanıdır. Geri qayıt |