Əsas Səhifə > Manşet / Sosial > “Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?..

“Abşeronneft“də büdcə pullarına KİM TAMAH SALIR?..


Bu gün, 10:05

"Əvvəlki müraciətimə əlavə olaraq “Abşeronneft“ NQÇİ-nin rəisi Balaəli Cəfərov və yaxın qohumu və həmkəndlisi Şəhriyar Cabbarovun, Baş geoloq Fazil İbrahimov və geoloji şönənin rəisi Mayis İsgəndərovun iştirakı ilə daha böyük korrupsiya faktı barədə məlumat verəcəm. Hansı ki adlarını çəkdiyim şəxslər qazma işlərinin bitməsi və hasilatın artırılması ilə əlaqədar özlərinə yüksək miqdarda pul mükafatları yazdıraraq dövlət vəsaitini mənimsəmişlər..." "DİA-AZ" xəbər verir ki, bunu sözügedən qurumun işçisi Xanhüseyn Gözəlov Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
Narazı SOCAR əməkdaşı müraciətini belə davam etdirir: "İstehsalat şöbəsinin rəisi Şəhriyar Cabbarov B.Cəfərov, F.İbrahimov və M İsgəndərovla əlbir olaraq dbVanqard və Beker şirkəti ilə nasosların alınması istiqamətində müqavilə bağlayaraq nasoslar almışlar. Həmin nasosların bazar qiyməti qaimədə göstərilən qiymətdən dəfələrlə aşağıdır. Qaimədə göstərilən məbləğlə nasosların bazar qiyməti arasındakı fərq həmin şirkətıərlə razılaşma əsasında adları çəkilən şəxslər tərəfindən mənimsənilmişdir.
Yuxarıda göstərilən faktlar bir daha sübut edir ki, yuxarıda adları göstərilən şəxslırin fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır.
Mən Möhtərəm Prezidentim İLHAM ƏLİYEV Cənablarının ədalətinə güvənirəm.
Yuxarıda göstərilən faktların aidiyyatı qurumlar tərəfindən araşdırılmasını Sizdən xahiş edirəm..."

Geri qayıt