Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > 800 manata 3 günlük İŞGƏNCƏ!

800 manata 3 günlük İŞGƏNCƏ!


Bu gün, 14:36

"Qəbələnin Vəndam kəndində "A frame by EastWest" instagram səhifəsindən 3 günlük ev kirayələdik. Və..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəım Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "Təcrübəni bölüşürəm ki, bu səhifəyə aldanıb tətilinizi heyif etməyəsiniz. Axşamdan su kəsildi səhərə qədər, səhər 3-4 qab yuyan kimi yenə kəsildi. Sonra 1 saat gözlədik ki, su dolsun. Ondan sonra işıqlar söndü-yandı. Evə baxan xanım dedi ki, generatorun benzini qurtarıb, amma gəlib yenə tökmədilər. Birtəhər kəndin sönüb yanan işıqları ilə gün bitdi. Səhər oldu, sən demə yenə benzin tökməyiblər generatora. Kəndin işıqları da zəif, kondisioner işləyə bilmir. Xadimə xanım dedi ki, çox benzin gedir, fikirləşirik günortadan sonra generator qoşaq ki, çox xərc olmasın. Belə bir ABSURD. Onda pulumuzu qaytarın, çıxaq deyəndən sonra gəlib qoşdular. 3-cü gün yenə də generator üçün ağız açdıqdan sonra qoşuldu. Hovuz təmiz idi, amma xlor üzgüçülük hovuzlarından belə qat-qat çox tökülmüşdü, suda göz açmaq mümkün olmurdu. Yeniyetmə qızımın üz dərisini yandırdı, 2-ci gündən sonra hovuza girə bilmədi uşaq. 800 manat pul verdik, göstərdikləri xidmət heç nə. Xadimə xanımın nala-mıxa vurub gətirməyə çalışdığı bəhanələrdən daha ətraflı yazardım, ancaq yazdıqca əsəbiləşirəm deyə bu qədər ancaq yaza bildim. İnstagram səhifəsində də postun altına yazdım ki, başqaları belə fırıldaqçılara aldanmasın, ancaq rəyimi sildilər. Diqqətli olun, təəssüf ki, xoş niyyətdən istifadə edən belə həyasız insanlar yox deyil..."


Geri qayıt