Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Ferması dağıdıldı, mal-qarası tələf edildi
Ferması dağıdıldı, mal-qarası tələf edildiBu gün, 13:02 |
|
Sahibkar Abdullayev Əmir Ədil oğlu Şirvan Milli Parkının direktor əvəzi Nizaməddin Tağıyevdən şikayətçidir. Bununla bağlı şikayətçi Əmir Abdullayev Manset.az-a müraciət edib. Nizaməddin Tağıyev 2025-ci ilin mart ayının ortalarında direktor əvəzi təyin olunub. İddiaya görə, bundan sonra o, şikayətçiyə məxsus fermanın Şirvan Milli Parkının ərazisində olduğuna görə rüşvət tələb edib. Sahibkar əvvəlcə bununla razılaşsa da, sonradan Nizaməddin Tağıyevin sahibkarın çarəsizliyindən istifadə edərək məbləği get-gedə artırması (əvvəlcə 5 min AZN, daha sonra 20 min AZN) tərəflər arasında narazılığa səbəb olub. Bu zaman ərzində qarşı tərəfdən müxtəlif təhdidlər alan sahibkar Əmir Abdullayev ciddi maddi ziyana uğrayıb. Şikayətçinin sözlərinə görə, Nizaməddin Tağıyevin əmri ilə onun ferması uçurulub, orada olan vacib sənədlərin götürülməsinə icazə verilməyib. Həmçinin sahibkarın mal-qarası fermadan xəbərsiz və qanunsuz formada çıxarılıb. Nəticədə onlarla mal-qara itkin düşüb. İtkin düşən mal-qaranın balaları isə ac qalaraq tələf olublar. Dəfələrlə işlə bağlı məhkəmə prosesləri baş tutsa da, zərərçəkənə dəymiş maddi və mənəvi zərər qarşılanmayıb. Sözügedən məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Manset.az-ın ünvanladığı sorğuya cavab olaraq Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib. Məlumatda bildirilib ki, şikayətçi Ə. Abdullayevə məxsus təsərrüfat qanunvericiliyin tələblərinə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamələr əsasında aidiyyəti dövlət qurumları tərəfindən Milli Parkın ərazisindən çıxarılıb: Xidmət rəisi onu da qeyd edib ki, vətəndaşın qaldırdığı digər iddia ilə bağlı isə hazırda Salyan Rayon Prokurorluğunda müvafiq araşdırma aparılır. Geri qayıt |