Əsas Səhifə > Manşet / Hadisə > Kəngərlidə camaat əkin-biçinə su tapmır...

Kəngərlidə camaat əkin-biçinə su tapmır...


Bu gün, 10:37

Kəngərli rayonunda suvarma suyunun məmurlara məxsus sahələrə yönəldildiyi, nəticədə bəzi kəndlilərin əkinlərinin susuzluqdan quruduğu bildirilir. Sakinlər deyirlər ki, buna görə əkinə çəkdikləri minlərlə manat xərc batır.
Şikayətçilərdən biri Şahtaxtı kənd sakini Sədaqət Hacıyevadır. O bildirir ki, Prezidentin kənd təsərrüfatının inkişafı ilə bağlı çağırışından sonra bir hektara yaxın sahədə əkin aparıb. Lakin su tapa bilmədiyindən məhsulu quruyaraq məhv olub.
Sədaqət Hacıyevanın sözlərinə görə, problemlə bağlı aidiyyəti qurumlara müraciət etsə də, indiyədək nəticə olmayıb.
"Gündəlik Naxçıvan"

Geri qayıt