Əsas Səhifə > Manşet / Sosial > TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ...

TENDER DƏLƏDUZU Naxçıvanda BOY GÖSTƏRDİ...


Bu gün, 09:43

Naxçıvan MR Prokurorluğu “Lusso Group” MMC (VÖEN – 0201539501) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, müqavilə bağlanılan şirkət prokurorluğa 17 min 443 manat 94 qəpik dəyərində mebel avadanlıqları satacaq və quraşdıracaq.
Məlumat üçün bildirək ki, “Lusso Group” MMC müvafiq dövlət qurumu tərəfindən satınalmalar zamanı saxta sənəd təqdim etdiyi üçün etibarsız təchizatçıların reyestrinə daxil edilib və buna görə bir il müddətində (06.08.2026 – 06.08.2027) satınalmalarda iştirak edə bilməyəcək. Nizamnamə kapitalı 50 manat olan MMC 2024-cü ildən fəaliyyət göstərir və qanuni təmsilçisi Əjdərov Zaur Məhərrəm oğludur.
Onu da qeyd edək ki, etibarsız təchizatçıların reyestrinə daxil edilən şirkətlərin dövlət satınalmalarında iştirakına yol verilmir.


Geri qayıt