Əsas Səhifə > Manşet / Ölkə > "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?"
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?"Bu gün, 07:31 |
|
"Hörmətli "Kontakt" rəhbərliyi və aidiyyəti məsul şəxslər, bu məktubu yazmaqda məqsədim, mağazalar şəbəkənizin servis xidmətində qarşılaşdığım ciddi məsuliyyətsizlik və müştəri məmnuniyyətinə göstərilən tamamilə etinasız münasibəti diqqətinizə çatdırmaqdır..." "DİA-AZ" xəbər verir ki, bunu Güney Həsənova adlı sosial şəbəkə istifadəçisi öz paylaşımında qeyd edib.
Narazı vətəndaş müraciətini belə davam etdirir: "5 il əvvəl sizin mağazanızdan "Dyson" markalı tozsoran əldə etmişəm. Bu yaxınlarda cihazın adapteri sıradan çıxdığı üçün kömək almaq məqsədilə servis xidmətinizə müraciət etdim. Sualım çox sadə və konkret idi:
Bu adapter sizdə əlavə aksesuar olaraq satışda varmı, yoxsa mövcud adapterin təmirini həyata keçirirsinizmi?
Bu sadə sualın cavablandırılması üçün tam 18 gündür ki, gözləyirəm. Bu müddət ərzində dəfələrlə servisinizlə əlaqə saxlamağıma, yazmağıma baxmayaraq, tərəfimə heç bir geri dönüş edilməyib və müraciətim tamamilə cavabsız buraxılıb.
Bir dənə bəsit suala cavab vermək bu qədərmi çətindir? Müştəriyə qarşı bu cür laqeyd münasibət "Kontakt" kimi böyük bir brendin xidmət keyfiyyətinə və adına heç cür yaraşmır. Nəzərə almağınızı istərdim ki, məişət texnikası gündəlik istifadə olunan bir əşyadır və servisinizin bu gecikməsi mənim gündəlik həyatımda ciddi narahatlıq yaradır.
Sizdən xahiş və tələb edirəm ki, bu məsələni qısa zamanda araşdırasınız, müraciətimə konkret cavab verilməsini təmin edəsiniz və müştəri xidmətlərinin işindəki bu kimi qüsurların aradan qaldırılması üçün lazımi tədbirlər görəsiniz.
Məsələ ilə bağlı ən qısa zamanda geri dönüşünüzü gözləyirəm..."
Geri qayıt |