Əsas Səhifə > Manşet / Siyasət > Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr...

Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr...


Bu gün, 08:42

"SOCAR Vitse-prezidenti hörmətli Elşad Nəsirov! "Azəriqaz"ın itkiləri ilə bağlı bu məktubunuzda qeyd etdiklərinizi mən hələ 2 ay əvvəl şirkətin rəsmi səhifəsini etiketləyərək paylaşım etmişdim..." "DİA-AZ" xəbər verir ki, bunu sözügedən qurumun işçisi Sadiq Abdullayev öz müraciətində bildirib.

SOCAR Vitse-prezidenti hörmətli Elşad Nəsirovun adından AzəriQaz İstehsalat Birliyinin sədri Azər Məmmədova ünvanlanmış sənədə reaksiya verən narazı işçi daha sonra fikrini belə davam etdirir: "Sizi hələ indi həyəcanlandıran bu rəqəmlər artıq köhnədir. Bir zəhmət Yanvar-İyulun hesabatlarını alın. Amma baxmazdan əvvəl dərmanlarınızı əlinizin altına qoymağınız məsləhətdi. 7 aylıq itki 600,0 milyon kubmetr ətrafındadır. 
Xəbərdarlıq edirsiz ki, ilin axırına kimi düzəldin. Kim, necə düzəltsin ? Düzəldəsi adam qalıbmı ki? "Raykom zakrıt", Elşad müəllim! "Vse uşli na front..."
Hə, məktubu hazırlayanların nəzərindən əsas məsələ qaçıb. Belə satqınçılıq kimi çıxmasın, ancaq mənbədən iri tələbatçılara birbaşa satılan milyonlarla kubmetr qazı da hesabata soxuşdurub itki faizini aşağı göstərib, sizi aldadıblar. SOCAR-a məxsus zavodlara, böyük sement zavodlarına satılan qazı hesabatdan çıxın sonra itkiyə baxın. 
Bu toy deyil ki...Bu kinodu! Əsl toy hələ qabaqdadı..."



KEÇİD LİNKİ: https://www.facebook.com/share/p/14k7VyaBDKZ/


Geri qayıt