Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..."

"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..."


Bu gün, 13:00

"Şikayətim Xırdalan şəhərində yerləşən "Atlas Residence"in yönəticilərindəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə sakinlər adından edilən müraciətdə deyilir.

Müraciət müəllifi olan sakinlər daha sonra qeyd edir: "Çıxarış üçün hər bir evdən 500 manatdan istəyirlər. Dediklərinə görə, bu pulun 270 manatı ASAN Xidmətə veriləcək. Yəni yerdə qalan vəsait aşkar şəkildə mənimsəniləcək.

Özga vaxtı kommunal ödənişi gecikdirən kimi işığı söndürürlər. Halbuki, lift günlərlə işləmir. Zibillər həftəylə qalır, gəlib aparan yoxdur. 

Xahiş edirik, əlaqədar qurumlar bizə kömək eləsin..."


Geri qayıt