Əsas Səhifə > Manşet / Cəmiyyət > "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..."

"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..."


Bu gün, 12:51

""Kontakt Home"dandır şikayətim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Sübhan Məmmədov adlı istifadəçi qeyd edir.

Narazı vətəndaş dha asonra bildirir: "Kontakt Home-dan naqilsiz tozsoran almışam.
Zəmanət müddəti davam etdiyi halda cihaz enerji yığmamağa başladı və Kontaktın yönəltdiyi servisdən verilən servis aktında: filtrdə su olduğu və adapterin orijinal olmadığı yazıldı və məsuliyyət istehlakçının üzərinə qoyuldu.
Mən bu cihazı aldığım gündən etibarən yalnız qutudan çıxan, mənə Kontakt Home tərəfindən təqdim edilmiş adapterlə istifadə etmişəm. Adapteri heç vaxt dəyişməmişəm.
Lakin “İSTEHLAKÇI QÜSURU” qeydi ilə ittiham olunuram.
Servis aktında “adapter orijinal deyil” yazılması ilə “adapteri alıcı dəyişib” faktı eyni şey deyil.
Mənim adapteri dəyişdirdiyimə dair HEÇ BİR SÜBUT təqdim edilməyib. Nə texniki ekspertiza, nə foto, nə sənəd, nə də başqa bir əsaslandırma var.
Sadəcə adapterin “orijinal olmadığı” deyilir və bunun əsasında məsuliyyət mənim üzərimə qoyulur. KONTAKT HOME qəbul etmirki, orijinal olmayan məhsul satıb.
Artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət etmişəm və bütün sənədləri təqdim etmişəm.
Mənim tələbim çox sadədir: Əgər adapteri mənim dəyişdirdiyimi iddia edirsinizsə, bunu sübut edin.
Əks halda,
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, zəmanət müddəti ərzində məhsulda qüsur aşkar edildikdə istehlakçının qüsurun aradan qaldırılmasını, məhsulun dəyişdirilməsini, satış qiymətinin müvafiq qaydada azaldılmasını və ya digər qanunla nəzərdə tutulmuş hüquqlarının təmin edilməsini tələb etmək hüququmu POZMAYIN.


Geri qayıt