|
"Gəmi hərci-məciliyi, yoxsa yeni hoqqa? Gəmi heyətinin səlahiyyətlərini aşaraq işçiləri gəmiyə buraxılmamasına hüquqi qiymət verilməlidir..! İşçilərin itirdiyi gün üçün əmək haqqı və mənvi ziyan hansı qurum tərəfindən ödəniləcək?." "DİA-AZ" xəbər verir ki, bu çağırış və tələbi özünün sosial şəbəkə hesabında paylaşan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı dənizdə çalışan işçilərin başına gətirilən növbəti oyunla bağlı məlumat təqdim edib.
"DİA-AZ" olaraq NHMT-nin sosial şəbəkə hesabına istinadən həmin işçi gileyini olduğu kimi diqqətinizə çatdırırıq: "Bu gün (dünən) saat 01.00-da Q.Qarayev gəmisi ilə Azneft İB Neft Daşlarına növbə dəyişməyə gedən neftçilər yeni yoxlamaya məruz qalıblar. Limanda gəmiyə minməyə hazırlaşan neftçilərdən BOSİET kursunun gəmi üzrə Sertifikatı ilə yanaşı, helikopter üçün də Sertifikatı tələb olunub. Əks halda neftçilərin gəmiyə buraxılmayacağı şərti qoyulub. İşçilər onların hər iki sertifikata malik olduqlarını, lakin iş yerinə (Neft Daşlarına) daima gəmi (Qara Qarayev gəmisi) ilə getdikləri üçün özləri ilə yalnız gəmi üçün olan Sertifikatları götürdüklərini bildirsələr də,neftçilər qeyri qanuni olaraq gəmiyə buraxılmamı və gün üçün onlar iş buraxmaya məruz qalıblar. Və nəticədə 15 nəfər işçi çıxılmaz vəziyyətə düşüblər...."
Geri qayıt
|