Əsas Səhifə > Manşet / Cəmiyyət > "Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR...

"Bahar Energy Operating Company"də NƏ İŞLƏR ÇEVRİLİR...


Bu gün, 10:29

""Bahar Energy Operating Company" yenə də öz ampulasındadır. Cənab finansist hasilat üzrə vitse prezident Babək Hüseynovun əziz amerikan dostu Sean Werner-in səhmləri 100% SOCAR-a, dövlətə aid olan şirkətə vitse-prezident təyinatından əlavə, Qazma üzrə Direktor vəzifəsinə - Daveanand Ramsarran və Geoloji kəşfiyyat Direktor vəzifəsinə - Suat Aktepe adlı xarici vətəndaşlar təyin edilib..." "DİA-AZ" xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında Teymur Ağayev adlı SOCAR çalışanı yazıb.

Onun açıqlamasında dhaa sonra deyilir: "Öz millətimizin ixtisaslı, təcrübəli kadrlarını işdən çıxardıb, yerlərinə əməkhaqqıları yüzminlərlə olan xarici vətəndaşlar təyin edirlər. Ümid Babək Operating Company-də isə Enis Robanna adlı xarici yoldaş Layların idarə olunması üzrə Direktor, Graham Beattie- departament Direktor, Tom Walker-Konsultant, Willem Drogt- Supervisor, Marco Adzic-Supervisor, Jorrit Schreuder-konsultant, Harvey Phillips-Konsultant. Qeyd edimki UBOC-un səhmlərinim 80% Socara aiddir və SOCAR-ın opetatorluğundadır. Əlbəttəki hətta xarici vətəndaş olan dost-tanışlarına yüzminlərlə əmək haqqı verə bilmələri üçün öz doğma millətimizin ixtisaslı və təcrübəli kadrlarını ixtisara salacaqlar..."


Geri qayıt