|
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında SOCAR işçisi Teymur Agğayevə istinadən yeni ilginc faktları ictimailəşdirib. "DİA-AZ" olaraq həmin materialı təqdim edirik: "Göydən paraşütlə düşən yoldaşlardan biri də cənab Rüfət Rzayev müəllimdir. Deməli, Azərbaycan-Qazaxıstan İctimai Birliyindən gəlib birbaşa oturub SOCAR-in baş ofisinin Neft və Qaz Servisləri Departamentinin rəisi. Amma işi və vəzifəsi sadəcə bu deyil. SOCAR-ın qazma və tikinti sahəsində nə şirkət var hamısına rəhbərlik və nəzarət də cənab Rüfət Rzayev müəllimdədir. Azfen şirkətində direktorlar şürasının üzvü olmasına baxmayaraq birbaşa şirkəti idarə edən cənab Rüfət Rzayevdir. İş yeri SOCAR-ın baş ofisi olmasına baxmayaraq Azfenin binasında oturur. Pul qazanmaq üçün Azfen-in serverlərini Bitcoin istehsal etmək üçün yönləndirmişdi bir ara. Bütün sinifyoldaşları, uşaq vaxtı kimə salam verən dost-tanışlarını Azfen və öz tabeçiliyində olan başqa 10-12 SOCAR-ın idarə və şirkətlərinə yüksək əməkhaqqı ilə yerləşdirib. Tabeçiliyində olan idarə və şirkətlərin bəziləri bunlardır: Baş ofis-Neft və Qaz Servisləri Departamenti, Azfen, Bos-Shelf, SOCAR Foster Wheeler, Bos-Shelf, SOCAR AQS, CDC, SOCARr-AQS, SOCARr Qazma Tresti, Neftqaztikinti Tresti, Caspian Pipe Coatings, SOCAR Cape və s. Vəzifələrə təyin elədikləri dost tanışlarıda özü kimi ən azı bir neçə vəzifə sahibidirlər. SOCAR 2025-ci il ərzində cəmi 18-20 qazma işləri görüb (cəmi 6600 m), halbuki eyni zamanda Kanada da mənim layihəsinə rəhbərlik etdiyim neft və qaz operator şirkəti təqribən 300 qazma işləri həyata keçirmişdi və bu şirkət dövriyyə və maddi cəhətinə görə SOCAR-dan qat qat aşağı səviyyəli şirkətdir. Kanadada isə operator şirkətləri Azərbaycanda olduğu kimi cəmi 3-4 sayda deyil, yüzlərlədir və bir ilə 300 qazma işləri təkcə ortasəviyyəli bir şirkətinə aiddir, yerdə qalan şirkətlər bundanda çox qazma işləri görürlər il ərzində. Fərqi hiss edin. Bu tip hallar hasilatın düşməsinin, ixtisaslı və təcrübəli işçilərin ixtisara düşməsinin, ölkə, dövlət və xalqımızın $15 milyard dollar ziyana düşməsinin səbəblərindən sadəcə cüzi miqdarıdır".
Geri qayıt
|