Əsas Səhifə > Manşet / Siyasət > "Kapital Bank": bunlar sələmçidən də betərdilər...
"Kapital Bank": bunlar sələmçidən də betərdilər...Bu gün, 07:46 |
|
Narazı vətəndaş daha sonra bildirir: "2500 manat kredit üçün 2 ilə 1100 manat faiz hesablanır, 1 ilə 22%. Hələ 2500 manatı nağdılaşdırdıqda ələ 2400 manat pul çatır. Bank əməkdaşı 1.5% komisiya deyir ancaq 62.5 manat çıxılır, yəni 2.5%+12+24 manat da nağdlaşdıranda çıxır. Yəni 1 ilə 25%. Qısası 2400 manata 3600 manat pul ödənilməlidir. Türkiyəlilər demiş: "tefeci"dilər bunlar..." Yeri gəlmişkən, Azərbaycanla məsələn, Baltik ölkələrində kredit faizlərinin müqayisəsi adamı dəhşətə gətirir. "DİA-AZ" xatırladır ki, Azərbaycanda istehlak kreditləri üzrə orta illik faiz dərəcələri təxminən 21–26% arasında dəyişir. Faktiki illik faiz dərəcəsinin (FİFD) yuxarı həddi isə təxminən 32–44% təşkil edir. Estoniyada istehlak kreditləri üzrə orta illik faiz dərəcəsi 12,89% təşkil edir. FİFD üzrə maksimum göstəricilər adətən 15–20% arasında dəyişir. Latviyada istehlak kreditləri üzrə orta illik faiz dərəcəsi 11,95%-dir. FİFD üzrə yuxarı hədd 14–18% arasında dəyişir. Litvada isə istehlak kreditləri üzrə orta illik faiz dərəcəsi 8,32% təşkil edir. FİFD üzrə yuxarı hədd adətən 10–12% arasında dəyişir. Əsas səbəb budur - Avrozonanın faiz mühiti, bank sektorunda yüksək rəqabət və daha aşağı kredit riskidir. Geri qayıt |