Əsas Səhifə > Manşet / Cəmiyyət > "Mənə bu yolla əlavə borc yazıla bilər"
"Mənə bu yolla əlavə borc yazıla bilər"Bu gün, 12:42 |
|
Vətəndaş qaz sayğacının dəyişdirilməsindən sonra yaranan problemdən narazıdır.
“Sonrakı müddətdə dəfələrlə bizə sayğacın göstəricisinin şəklini təqdim etməyimiz bildirilib. Tələb olunan qaydaya uyğun olaraq sayğacın göstəricilərinin fotolarını dəfələrlə göndərməyimizə baxmayaraq, artıq 2-3 aydır ki, sərfiyyat sistemdə işlənmir və qaz borcu hesablanmır”, – deyə şikayətçi bildirib. Vətəndaş hesab edir ki, yaranmış vəziyyət gələcəkdə onun üçün əsassız borc riski yarada bilər: “Vətəndaş üzərinə düşən öhdəliyi yerinə yetirib tələb olunan məlumatları vaxtında təqdim etdiyi halda, qurumun öz vəzifəsini icra etməməsi nəticəsində gələcəkdə yüksək məbləğdə borcun hesablanması mümkündür. Sabah istifadə etmədiyim qaz sərfiyyatına görə 50, 100, 150, yaxud 300 manat borc yazılarsa, bunun məsuliyyətini kim daşıyacaq?”. Şikayətçi bildirir ki, məsələ ilə bağlı dəfələrlə müraciət etsə də, problemin həlli istiqamətində real addım atılmayıb. Onun sözlərinə görə, vətəndaşın tələb olunan məlumatları vaxtında təqdim etməsinə baxmayaraq, sərfiyyatın sistemdə əks olunmaması və borcun hesablanmaması məsuliyyətsiz yanaşmadır. Şikayətçi aidiyyəti qurumdan problemin araşdırılmasını və gələcəkdə onun faktiki istifadə etmədiyi qaz sərfiyyatına görə borclandırılmasının qarşısının alınmasını tələb edir. Geri qayıt |