Əsas Səhifə > Manşet / Gündəm > "Rəhbər şəxslərini bu gəmiyə gətirsək, dözə bilərlər?"

"Rəhbər şəxslərini bu gəmiyə gətirsək, dözə bilərlər?"


Bu gün, 07:13

SOCAR Kompleks Qazma İşləri Trestinin 2 aydır Dəniz Qazma İstehsalat Bölümü, Neft Daşları sahəsində yerləşən 2585 saylı özülə vaxt dəyişmə üçün ÜFÜQ gəmisindən istifadə edir. "DİA-AZ" xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumatda daha sonra deyilir: "Bu gəmidə kondisionerlər işləmir insanlar içəridə otura bilmir istidən hamının halı pisləşir...

Bilmək istəyirəm :
Dəniz Qazma İstehsalat Bölümü sərin kondisionerlər işləyən otaqlarda oturan rəhbər şəxslərini bu gəmiyə gətirsək, dözə bilərlər?
17 gündür biz işçilər ağır stress içində işləmişik, yorğun-arğın isti gəminin içində evə getməli olacağıq..."


Geri qayıt