Əsas Səhifə > Manşet / Sosial > "BRAVO"da müştəriləri RƏSMƏN ZƏHƏRLƏYİRLƏR!
"BRAVO"da müştəriləri RƏSMƏN ZƏHƏRLƏYİRLƏR!Bu gün, 09:56 |
"Şikayətim "Bravo"dandır. Normalda kolbasa və sosis istifadə edən adam deyiləm, ildə ayda birdəfə ürəyim istəyir. Amma həmişə hiss etmişəm ki, marketlərdə qastronomda açıq satılan sosis ilə bağlı satılan eyni şirkətin məhsulları arasında dad fərqi var. Heç vaxt bu fərqi anlaya bilmirdim. Bu gün isə hər şey aydın oldu. Deməli, Yeni Yasamaldakı, "Bravo"da "Rosko" sosis almaq istəyirdim, bağlı paketdə adətən 8-9 ədəd olur və çox olduğu üçün açıqdan 4 ədəd almaq istədim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Əli Bağırzadə adlı istifadəçi yazır.Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mən gələndə işçi vitrinə sosisləri düzürdü, işçidən xahiş etdim ki, sosisləri çıxarıb vitrinə düzdüyü paketi mənə versin. Niyyətim son istifadə tarixinə baxmaq idi. Birdə nə görsəm yaxşıdır? Son istifadə tarixi: 03.07.2026.
Yəni istifadə tarixi bitmiş sosisləri açıb vitrinə yığırdı. İrad bildirəndə, bizə belə tapşırıblar dedi.
Onsuz da hamımız sosis və kolbasaların ziyanlı olduğunu bilirik, amma bu "Bravo" ziyanlı məhsulun belə istifadə müddəti bitmişini bizə satıb camaatı zəhərləyir. Siz olun alanda heç vaxt açıqdan məhsul almayın..."
Geri qayıt |