Əsas Səhifə > Manşet / Siyasət > "Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?"
"Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?"Bu gün, 09:47 |
|
"Artıq iki aydan çoxdur ki, kart sonluğu **** 8215 olan - kartıma məhdudiyyət qoyulub. Səbəbi isə guya "Şübhəli əməliyyat"..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan Vüqar Hassan Ağaoğlu adlı istifadəçi üzləşdiyi durumla bağlı hara şikayət edəcəyini bilmir.
O daha sonra müraciətini belə davam etdirir: "Məndən iş yeri arayışı istəmisiz, təqdim etmişəm.
Məndən mənə pul göndərən iki, üç şəxsin bank çıxarışı belə istəmisiz təqdim etmişəm.
Qanunsuz mərc saytlarından gəlmədiyini görürsüz, Narkotik taciri deyiləm... İnsan alveri ilə məşğul deyiləm...
Mən Azərbaycana turist gətirirəm, ölkəmi reklam edirəm, ölkəmə gələn xarici vətəndaşlara xidmət edirəm. Yəni sizdən çox mən Ölkəmi tanıdıram.
Cənab Prezidentin turizmə önəm verdiyi zamanlarda, sizin kimi "Kapital Bank" mənim kimi insanlara çətinliklər yaradırsız. Bilmirəm ölkəyə turist cəlb etməyə çalışım. Yoxsa sizin özünüz kimi mənasız tələblərinə vaxt ayırım.
Xahiş edirəm, kartıma qoyduğunuz məhdudiyyəti aradan qaldırasız.
Bank çıxarışı təqdim etmişəm..
Pulu göndərən şəxslərim bank çıxarışların təqdim etmişəm..
Satış etdiyim Otellərin invoyslarını təqdim etmişəm..
Əlavə olaraq xidməti müqaviləmi tədqim etmişəm və orada qeyd olunub ki, "əlavə satışdan qazancımı bonus şəklində alıram və bu komissiyanın vergisini şirkət öz üzərinə götürüb"
MyGOV dan sizə iş yerimi təqdim etmişəm.
Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?"
Geri qayıt |