Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Naxçıvanda "inzibati başıyoxluğun" sirri:

Naxçıvanda "inzibati başıyoxluğun" sirri:


Bu gün, 16:47

"Dünyanın bütün ölkələrinin istənilən idarələrində əvvəl müdir, sonra onun müavinləri təyin olunur. Səbəb isə çox sadədir: əgər müdir hansısa səbəbdən işdə olmayanda onun funksiyalarını müavinləri yerinə yetirsin..." "DİA-AZ" xəbgər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
Jurnalist daha sonra fikrini belə davam etdirir: "Naxçıvanda isə tərsinədir. Əksər idarə və nazirliklərin 1-ci şəxsi ümumiyyətlə olmur. Bütün funksiyaları müavinlər yerinə yetirir.
Məsələn Ali Məclisin sədri yoxdur, müavini var. Bir çox nazirliklərin də, icra hakimiyyətlərinin də həmçinin. Başsız idarələrə bu yaxınlarda biri də əlavə olundu – Nax TV. Keçmiş sədr əvəzini çıxarıb yerinə Vüsal Hicran oğlu Muradov adlı birisini qoydular. Özü də bu sədr əvəzini təyin edən da elə sədr əvəzi idi – Ali Məclisin sədr əvəzi Bəxtiyar Məmmədov.
Bəs, bilirsinizmi, Naxçıvanda idarələrə niyə sədrlər yox, sədr əvəzləri təyin olunur?
Açığı, mənim ağlıma gələn çox versiyalar var. Onlardan ən ağlabatanı isə budur: Naxçıvanı idarə edən Tendersatan əfəndi bu üsulla əslində təyin olunan rəhbərləri təzyiq altında saxlayır. Əgər onlar cızığından çıxarsa, rahat şəkildə sədr postuna bir başqasını təyin edib səlahiyyəti artırılmış müavini ofsayt vəziyyətinə sala bilərlər.
Ən maraqlı təzyiq altında saxlama təyinatı isə Nax.TV-də baş verib. TV-yə sədr əvəzi təyin olunan Vüsal Hicran oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Hicran Xasay oğlu Muradovun oğludur. Tendersatan əfəndi faktiki olaraq bir oxla iki quş vurub. Daha dəqiq ifadə ilə desək, bir təyinatla həm Nax TV-ni, həm də İnzibati Məhkəməni təzyiq altında saxlayır. Bu təyinatdan sonra İnzibati məhkəmənin sədri Hicran Xasay oğlu Muradovun həddi nədir işdən çıxarılan məmurların şikayətlərinə obyekt hüquqi qiymət verə.
İndi anladınız Naxçıvanda əksər idarələr niyə başsız qalıb?.."



Geri qayıt