Əsas Səhifə > Manşet / Sosial > Kompleks Qazma İşləri Trestində AĞALARIN QƏNAƏT REJİMİ...
Kompleks Qazma İşləri Trestində AĞALARIN QƏNAƏT REJİMİ...Bu gün, 10:29 |
|
Müraciətdə daha sonra deyilir: "Hal-hazırda dəniz özülündə işləyirəm, mühəndis texniki işçi olaraq... İndi bizi belə bir qanunsuz yerdəyişmə ərizəsi yazdıraraq işsiz qoyurlar. Çağırıb ərizə yazdırırlar ki, Dəniz qazma istehsalat bölümünə ki, bundan sonra dənizə gedib işləyəndə bölüm rəisinin xidməti yazısına əsasən və insan resurslarının əmrinə əsasən, iş yerlərimizə gedəcəyik... Bu da o deməkdir ki, dənizdə aldığımız 12 saat olacaq 10 saat yarım. Yəni norma saatımızı yığa bilməyəcəyik. Çünki bölümdə həm də 8 saatdır. Gecə növbəsində də işlədiyimizi almayacağıq. Ərizə yazmayanları da çağırırlar trestə... Biri mən... Hədə-qorxu gəlirlər... Baş mühəndis Qabil Rzayev adını qoyur "ekonom"... Halbuki özü iki vəzifə daşıyır... Həm baş mühəndis, həm də müdirin 1 ci müavini... Bu bəs necə "ekonom" edir?.. Sonra da ki, insan resursları departamentinin rəisi Ömər Balacayev hədə-qorxu gələrək "işdən çıxma bildirişini verəcəyik" deyir... Belə şey olar? Bu cür özbaşınalıq olar? Dərdimizi kimə deyək bilmirik. Rəşad Əsgərovun özü də iki vəzifə daşıyır, hamı bilir bunu. Düşünmürlər ki, hansısa işçinin krediti olar, ya tələbə oxudar... Şəxsən elə mən özüm ailədə tək işləyənəm. Tələbə övladım ödənişli oxuyur, hazırlığa gedən övladım, az yaşlı övladım həmçinin kreditim və sonunda vaxtı ilə ön cəbhədə düşmənə qarşı sinəmi verənlərdən olmuşam... Qalmışıq indi bu haramzadələrin əlində. Allah heç bir valideyini övladının qarşısında aciz qoymasın. Amin..." Geri qayıt |