Əsas Səhifə > Manşet / Hadisə > SOCAR-da QARANLIQ İŞLƏR: Niyə ört-basdır edilir?
SOCAR-da QARANLIQ İŞLƏR: Niyə ört-basdır edilir?Bu gün, 07:59 |
|
"Hörmətli SOCAR-ın Prezidenti cənab Rövşən Nəcəf, SOCAR "Azneft" İB-nin Neft Mədən İxtisaslaşdırılmış 3 saylı xüsusi texnika idarəsinin Rəhbəri cənab Əfqan Musayev və adiyyatı rəhbərlik! Bir müddət əvvəl "Yanacaq paylama cədvəli"ndə məlumatların karandaşla yazılmasıyla bağlı açıq müraciət etmişdim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında sözügedən qurumun işçisi Rüfət Hüseynov qeyd edib.
Müraciətdə daha sonra deyilir: "Həmin paylaşımdan sonra mənə məlumat verildi ki, artıq bu sənədlər qələmlə yazılmağa başlanılıb. Burada haqli sual yaranır: Əgər əvvəlki qaydada aparılan sənədləşmə qanuna uyğun idisə niyə dəyişdirildi? Əgər qanuna uyğun deyildisə, əvvəlki sənədlərlə bağlı niyə araşdırma aparılmadı və bu günə qədər mənə niyə cavab verilmədi? Dövlət rəhbərliyi və SOCAR rəhbərliyi daim bildirir ki, vətəndaş müraciətlərinə operativ və əsaslandırılmış cavab verilməlidir. Bəs mənim müraciətim niyə cavabsız saxlanılır? Bu məsələyə cavab verməkdən çəkiniən kimdir? Susmaq cavab deyil.
Muraciətdən sonra sənədləşmənin dəyişdirilməsi baş verirsə, deməli qaldırılan məsələ araşdırılmağa əsas verən məsələdir. O halda əvvəlki sənədlər niyə yoxlanılmır? Bu sualın cavabını SOCAR rəhbərliyindən gözləyirəm..."
Geri qayıt |