Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > "Neçə-neçə qadın bu reklamlara aldanır..."
"Neçə-neçə qadın bu reklamlara aldanır..."Bu gün, 15:23 |
|
"Şikayətim bu səhifədəndir! Və xahiş edirəm lazımi qurumlar bu şəxs barədə tədbir görsünlər..." "DİA-AZ" xəbər verir ki, bu sözləri özünün sosial şəbəkə hesabında Oksana Fətəlizadə adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Çünki "qaş düzəldim deyərkən, vurub göz çıxardıb"
Və heç bir məsuliyyəti öz üstünə götürmür!
10 gündür artıq anamın gözləri görmür, gün üzünə həsrətdir. Aparmadığımız həkim qalmayıb. Heç bir nəticə yoxdur.
Bir dəfə olsun maraqlanmayıb, vicdanı sızlamayıb.
Çox xahiş edirəm, lazımi qurumlar bizimlə əlaqə saxlasın
Çünki dayanmadan reklamı gedir, neçə-neçə qadın bu reklamlara aldanır.
Geri qayıt |