Əsas Səhifə > Manşet / Ölkə > Ceyhun Cəlilov TƏDARÜK İÇİNDƏ...
Ceyhun Cəlilov TƏDARÜK İÇİNDƏ...Bu gün, 11:59 |
|
"Cənab Prezident, eşitdiyimə görə, Naxçıvana gözlənilən səfəriniz çərçivəsində şəhərin bəzi mərkəzi küçələrinə əl gəzdirirlər..." "DİA-AZ" xəbər verir ki, bunu ölkə başçısına müraciətində tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
Özünün sosial şəbəkə hesabında qısa müraciətini paylaşan jurnalist daha sonra Prezidentə xitabən müraciətini belə davam etdirir:
"Yerinizə olsam, mənə təqdim olunanlara yox, Naxçıvanda Səməd Vurğun və Azərbaycan küçələrinə gedər, insanlarla hal-əhval tutaram..."
"DİA-AZ" əlavə edir ki, H.Oğuzun bu paylaşımını şərh edən əslən naxçıvandan olan şəhid qardaşı Elyar İslamoğlu da yerli rəhbərliyi tənqid edib:
"Ölkənin hər yerində şəhid adları əbədiləşdirilərək küçələrə, məktəblərə, parklara verilib, təkcə Naxçıvandan başqa. 44 günlük Vətən müharibəsindən sonra bir şəhidin belə adı əbədiləşdirilərək məktəbə və ya küçələrə verilməyib. Şəhid ailələri çox narazıdır, şikayətçidirlər. Cənab Prezident Naxçıvanda şəhid ailələri ilə görüşsə, illərdir davam edən bu problemi səsləndirəcəklər..."
Geri qayıt |