Əsas Səhifə > Manşet / Siyasət > SOCAR-a GÖYDƏN PARAŞÜTLƏ DÜŞÜBLƏR...

SOCAR-a GÖYDƏN PARAŞÜTLƏ DÜŞÜBLƏR...


Bu gün, 08:32

Son günlər SOCAR strukturlarında müşahidə olunan olaylar - kütləvi ixtisarlar, iri ranqlı məmurların büdcə pullarını mənimsəmələri üçün çıxardıqları hoqqabazlıqlar və digər bu kimi qanunsuzluqlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Biz də DİA-AZ olaraq sözügedən hadisələrin inkişaf axarını daim diqqət mərkəzində saxlamışıq və belə də davam edəcək.

Bu dəfə isə ayrı-ayrı SOCAR işçisinin məlum neqativ faktlara reaksiyasını təqdim edirik. Beləliklə...

✅ İsmayıl Yusifov yazır: "SOCAR-ın tərkibində kifayət qədər balaca şirkətlər fəaliyyət göstərir. Çox təəssüflər. 7 ildi ki SOCAR-da əmək haqqı qaldırılmır. Yuxarı təbəqə özləri üçün imkanlar yaradıb. Aşağı təbəqəni fikirləşən yoxdur...."

✅ Meri Əliyeva yazır: "Səkkiz əlli-ayaqlılar bürüyüb büdcəni, heç cür əldən qoymurlar ki, bir az camaata da çatsın. Hələ olan- olmazımıza da əl atırlar..."

✅ Elçin Əhməd yazır: "Natiq Əliyev və Rövnəq Abdullayev bu sənayedə əvvəlindən işləmişlər və rəhbərliyə bu sənayedən gəliblər. Bunlar isə vəzifəyə paraşütlə gəldiklərinə görə başları çıxmır..."

****

Mövzu diqqətimizdədir...







Geri qayıt