Əsas Səhifə > Manşet / Gündəm > Sabirabadda su problemi ilə üz-üzə qalan Məshəti türkləri Azərbaycandan QACAQ DÜŞDÜLƏR
Sabirabadda su problemi ilə üz-üzə qalan Məshəti türkləri Azərbaycandan QACAQ DÜŞDÜLƏRBu gün, 06:44 |
Sabirabad rayonunun Qaragüney kənd sakini Abdullayev Elburus Zeynal oğlu redaksiyamıza müraciət edərək bildirib ki, artıq 10-15 gündür kənddə su yoxdur və sakinlər su qıtlığından əziyyət çəkirlər."DİA-AZ" xəbər verir ki, kənd sakininin sözlərinə görə, su tələbi ilə bağlı müraciət edən şəxslərə bələdiyyə bildirib ki, bu məsələ ilə bağlı müraciət edə bilməzlər: “Deyirik ki, su gəlmir, müraciət edirik. Amma polis çağırırlar. Polis gəlib bizi bölməyə aparır, deyirlər ki, şikayət etməyin. Niyə su tələb edirsiniz?” Onun sözlərinə görə, havaların isinməsindən sonra kənddə su təminatı ilə bağlı problemlər yaranıb. Sakinlər nasos quraşdırmaq istəsələr də, buna icazə verilmədiyini bildiriblər. “50 dərəcə isti var. Biz də gözləyirik ki, görək kömək əlini kim uzadacaq”, -deyə şikayətçi bildirib. Elbrus Abdullayev əlavə edib ki, su problemi səbəbindən kənddə yaşayan Məshəti türkləri Türkiyəyə köçüb. Geri qayıt |