Əsas Səhifə > Manşet / Cəmiyyət > “Nə internet düzəlir, nə də zənglərə cavab verirlər”

“Nə internet düzəlir, nə də zənglərə cavab verirlər”


Bu gün, 12:51

“Fibernet” provayderinin istifadəçiləri şirkətin göstərdiyi xidmətdən narazıdırlar.
Yeniavaz.com
-a müraciət edən bir qrup şəxs bildirir ki, ötən həftənin şənbə günündən (25 iyul) etibarən internetin verilməsində fasilələr yaranır.
İstifadəçilər bildirirlər ki, internetdə kəsilmələr xüsusilə Xırdalan şəhəri və ətraf ərazilərdə qeydə alınır.
Onların sözlərinə görə, məsələ ilə bağlı şirkətin qaynar xətti ilə, o cümlədən rəsmi saytda və sosial media hesablarında qeyd olunan əlaqə vasitələri ilə əlaqə saxlamaq mümkün deyil.
“Nə internet düzəlir, nə də zənglərə cavab verirlər”, - saytımıza müraciət edən Xırdalan sakini bildirib.
Qeyd edək ki, şirkətin sosial media hesablarında da istifadəçilər kütləvi halda bu vəziyyətə etirazlarını bildirirlər. Lakin şirkət orada da istifadəçilərə hər hansı cavab verməyib.



Məsələ ilə bağlı “Fibernet”lə əlaqə saxlamağa çalışsaq da, bizim də bütün cəhdlərimiz uğursuz alındı. Belə ki, şirkətin əlaqə üçün yerləşdirdiyi heç bir telefon nömrəsi ilə əlaqə yaratmaq mümkün olmadı.


Geri qayıt