Əsas Səhifə > Manşet / Ölkə > Saatlıda dövlətin SU EHTİYATI TÜKƏNİB?
Saatlıda dövlətin SU EHTİYATI TÜKƏNİB?Bu gün, 11:54 |
Saatlı rayonunun Nəsimikənd kənd sakini Cəmil Camal redaksiyamıza su problemi ilə bağlı şikayət edib."DİA-AZ"ın məlumatına görə, o deyib ki, son illər içməli su ilə bağlı çox əziyyət çəkirlər. Kəndlilər tarlalarını suvara bilmir, demək olar ki, torpağı əkə bilmirlər. Nəticədə kənd sakinləri kənd təsərrüfatı məhsullarını şəhər sakinləri kimi pulla almağa məcbur qalırlar. “Vaxt var idi ki, bu kənddən bazarlara tonlarla qarpız, yemiş göndərilirdi. Amma indi kənd camaatı həmin məhsulları pulla alır. Çünki su yoxdur, torpağı əkə bilmirik. Bizim rayonda əsas məşğuliyyət pambıqçılıqdır. Burada daha çox kollektor-drenaj sistemi var. Həmin drenajlar yeraltı qrunt sularını və şor suları çəkir. İnsanlar məcbur qalıb motor vasitəsilə kollektorların şor suyu ilə əkin sahələrini suvarırlar. Bu, həm çox baha başa gəlir, həm də torpağı şorlaşdırır. Amma əlacsızlıqdan bunu edirlər”. Kənd sakini bildirib ki, problemlərlə bağlı rayon İcra Hakimiyyətindən tutmuş deputata qədər dəfələrlə müraciət olunub. Lakin heç bir nəticə olmayıb. Geri qayıt |