Əsas Səhifə > Manşet / Cəmiyyət > Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR!
Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR!Bu gün, 11:11 |
Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti adından Azərbaycan Respublikasının Maliyyə Naziri Sahil Babayevə və Elm və Təhsil Naziri Emin Əmrullayevə ünvanlandığı bildirilən müraciətdə ali təhsil müəssisəsində baş verdiyi iddia olunan qanunsuzluqlar, maliyyə pozuntuları və kadr siyasəti ilə bağlı narahatlıqlar ifadə olunub.Müraciət müəllifləri universitetdə idarəetmə, qəbul planlarının müəyyənləşdirilməsi, kadr təyinatları və maliyyə məsələləri ilə bağlı bir sıra ciddi iddialar irəli sürərək, aidiyyəti dövlət qurumlarından obyektiv araşdırma aparılmasını xahiş ediblər.Müraciətdə iddia olunur ki, qəbul planlarının hazırlanması və dəyişdirilməsi zamanı şəffaflıq təmin edilməyib, bəzi ixtisaslar üzrə planlar obyektiv meyarlara deyil, ayrı-ayrı şəxslərin maraqlarına uyğun artırılıb. Həmçinin bəzi fakültə rəhbərlərinin tutduqları vəzifələrə uyğun ixtisasa malik olmadıqları, akkreditasiya zamanı iradlara baxmayaraq vəzifələrində saxlanıldıqları qeyd edilir.Müraciətdə universitet rəhbərliyinin kadr siyasəti ilə bağlı da narazılıqlar ifadə olunub. Müəlliflərin sözlərinə görə, rəhbər vəzifələrə təyinatlar qanunvericiliyin tələblərinə uyğun aparılmayıb və bəzi təyinatlar mübahisə doğurur.Professor-müəllim heyəti maliyyə məsələlərinə də toxunaraq bildirir ki, müəllimlər uzun müddətdir əməkhaqlarının artırılmamasından, məzuniyyət ödənişlərinin gecikdirilməsindən və stimullaşdırıcı əlavələrin qeyri-bərabər bölüşdürülməsindən narazıdırlar. Müraciətdə universitetin maliyyə fəaliyyətinin hərtərəfli audit olunması və dövlət vəsaitlərinin istifadəsinin qanunauyğunluğunun yoxlanılması xahiş edilir.Müraciət müəllifləri həmçinin universitetin nəzdində fəaliyyət göstərən Regional Kollecdə də korrupsiya xarakterli pozuntuların olduğu barədə iddialar səsləndirərək, bu məsələlərin də araşdırılmasının vacibliyini vurğulayırlar.Sənədin sonunda professor-müəllim heyəti Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyindən müraciətdə göstərilən bütün iddiaların obyektiv, hərtərəfli və qanunvericiliyin tələblərinə uyğun araşdırılmasını, qanun pozuntuları təsdiqini tapacağı halda məsul şəxslər barəsində müvafiq tədbirlərin görülməsini xahiş edir.Gundemxeber.comGeri qayıt |