Əsas Səhifə > Manşet / Güney Press > "Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı"
"Bir kanalizasiya qapağı Bakının acı reallığını üzə çıxardı"Bu gün, 14:01 |
|
Paytaxtda şəhər təsərrüfatının idarə olunması sıfır səviyyəsindədir. İdarəetmədə elə bir pərakəndəlik var ki, hansı qurumun nəyə nəzarət etdiyi, nələrə məsuliyyət daşıdığı, nəyə cavabdeh olduğunu ayırd etmək müşküldür. Hər hansı problemlə bağlı bir quruma müraciət etdikdə, başqa birisinə yönləndirir, o da bir başqasına. Beləcə, labirintə düşürsən və içindən də çıxa bilmirsən. Bu günlərdə sosial şəbəkələrdə paytaxtın N. Nərimanov prospektində, Mərkəzi Parkı əhatə edən səkilərdən birində kanalizasiya qapağının deşildiyi, böyük bir çuxurun üzərinin açıq qaldığı görüntülər yayılıb. Mənzərəni videogörüntüyə alan vətəndaş səkidə addımlayarkən istənilən bir şəxsin ayağının içi üfunətli su ilə dolu bu çuxura düşə biləcəyi, xüsusən də uşaqlar üçün böyük təhlükə daşıdığını qeyd edir. Videoda aşkar görünür ki, kanalizasiya lyukunun qapağı sınıb - plastik qapaqdır, ona görə də kanalizasiya suyunun üzəri hər cür həşəratlarla doludur və şəhərin mərkəzində, Mərkəzi Parkın səkisində belə bir eybəcər vəziyyət hökm sürür. Di gəl ki, heç bir qurum belə bir vəziyyətin aradan qaldırılmasında maraqlı deyil. Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar TofiqliSherg.az-a açıqlamasında bildirdi ki, belə vəziyyətin yaranmasına səbəb şəhər təsərrüfatına cavabdeh qurumların koordinasiyalı şəkildə fəaliyyət göstərməməsidir:
Geri qayıt |